Deputat Panamadakı şirkətindən DANIŞDI - "Gedib, işləri ilə məşğul olsunlar"

Deputat Panamadakı şirkətindən DANIŞDI
Araşdırmaçı jurnalist Cavanşir Həsənli millət vəkili Hüseynbala Mirələmovun Panamada şirkəti olduğunu qeyd edib. Məlumata görə, şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəs Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Hüseynbala Mirələmov bildirib ki, onun şirkət sahibi olmasında qəbahət heç nə yoxdur:

"Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir. Bunu yazan şəxslər gedib, işləri ilə məşğul olsunlar."
Tarix: 29-12-2019, 13:48
Xəbəri paylaş





Xəbər lenti