Saakyan Cəbrayılda işğalçı hərbçi övladlarıyla Yeni il şənliyi keçirdi.. - FOTOLAR


Hələ 2020-ci ilin bu günlərində də belə xəbərləri oxuyacağıq, görəsən?..




 Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “oyuncaq” dediyimiz başçısı Bako Saakyan bu gün – dekabrın 30-da işğalçı ordunun Azərbaycan ordusu ilə Füzuli-Cəbrayıl istiqamətindəki təmas xəttində olub.
Moderator.az xəbər verir ki, Xankəndidəki nəşrlərin yaydığı məlumata görə, B.Saakyan səngərlərdəki erməni əsgərlərlə görüşüb və onları Yeni il münasibəti ilə təbrik etdikdən sonra Cəbrayıla gəlib. Separatçı-terrorçu lider buradakı hərbi şəhərcikdə hərbçi ailələrinin övladlarıyla birgə şənliyə qatılıb.

P.S. Hələ 2020-ci ilin bu günlərində də belə xəbərləri oxuyacaq, yazacaq, eşidəcəyik, görəsən?..

Sultan Laçın 

Tarix: 31-12-2019, 09:11
Xəbəri paylaş





Xəbər lenti