Erməni “QHT”-si Kəlbəcərin kəndində Yeni il şənliyi keçirdi...-FOTOLAR


Deməli, biz Azərbaycan xalqı və dövləti olaraq lazımınca HƏMRƏY VƏ BİR ola bilməmişik...




Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin himayəsi altında qanunsuz fəaliyyət göstərən  “Yaradıcı” xeyriyyə fondu ucqar kəndlərdə Yeni il şənlikləri keçirməyə başlayıb.
Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, erməni “qeyri-hökumət təşkilatı”  işğal altındakı Kəlbəcər rayonunun “Hetavan” adlandırılmış Qozlu körpü kəndində də şənlik təşkil edib. Kəndin erməni sakinləri üçün konsert verən fond uşaqları Şaxta baba və Qar qızla şənləndirib, onlara müxtəlif hədiyyələr, o cümlədən velosiped hədiyyə edib.
P.S. Əgər düşmən torpaqlarımızda 2020-ci ili və yaxud Kəlbəcərdə 27-ci Yeni ili də belə şənliklə qarşılayırsa, deməli, biz Azərbaycan xalqı olaraq lazımınca həmrəy olmamışıq... Azərbaycan,Qarabağ, şəhidlər, qazilər və s. ilə bağlı onlarla “QHT”, birlik yaradılsa da, hələ də gerçək birlik əldə edə bilməmişik...

Sultan Laçın

Tarix: 31-12-2019, 10:23
Xəbəri paylaş





Xəbər lenti