İcra başçısı və müavinindən SEÇKİYƏ MÜDAXİLƏ - Nizami rayonunda əhalinin şəxsiyyət vəsiqələri toplandı?

 
Nizami Rayon İcra Hakimiyyətinin başçısı  ilə bağlı ilginc məlumatlar yayılıb.
İxa.az  xəbər verir ki,  Nizami  İcra Hakimiyyətinin başçısı Arif Qasımov və  birinci müavininin göstərişi ilə rayon və qəsəblərdə əhalinin şəxsiyyət vəsiqələri toplanır.
İddiaya görə, icra nümayəndələri və bələdiyyə üzüvlərinə YAP-ın namizədi ilə bağlı tapşırıq verilib.  
Beləki, 24 saylı Nizami birinci seçki dairəsi namizədliyi irəli sürülən Mustafayev Elnur Elşad oğlu hər nə olursa olsun dəstəklənməlidir.  Bu səbəbdən də, başqa digər namizədliyini irəli sürən şəxslərə imza verilməməsi üçün sakinlərlə görüşülməli və yeri gəlsə təzyiq edilməlidir. Mənbə iddia edir ki, bunu da rayonda şəxsiyyət vəsiqələrini yığmaqla həyata keçirirlər.
Qeyd edək ki, 24 saylı Nizami birinci seçki dairəsi namizədliyi irəli sürülən Mustafayev Elnur Elşad ooğlu YAP -ın namizədidir. Mənbənin iddialarını nəzərə alsaq, qeyd etməliyik ki, icra başçısı və müavininin belə üsulla  YAP-dan deputatlığa namizədin dəstəkləməsi, Milli Məclisə keçiriləcək deputat seçkisinə təzyiq, hakim partiyaya isə vurulan zərbədir.
Tarix: 2-01-2020, 21:18
Xəbəri paylaş





Xəbər lenti