Ermənilər Qarabağın kənddaxili yollarını 2025-ci ilədək asfaltlamağı planlaşdırır...

Вakının, rayon mərkəzlərimizin bəzi daxili yolları hələ sovet dövründən bəri asfaltlanmayıb...





Azərbaycan torpağında qondarılmış separatçı-terrorçu rejim arxasında duran super güclərin dəstəyi ilə işğal edərək 30 ilə yaxındır nəzarətdə saxladığı yaşayış məntəqələrində mümkün quruculuq və qanunsuz məskunlaşdırma işlərini davam etdirir.

Moderator.az xəbər verir ki, rejimin “sabiq dövlət naziri” sayılan “prezidentliyə namizəd” , qanunsuz “Azad vətən” “partiyası”nın sədri Araik Arutyunyan 2020-ci ilin ilk günlərində öz “Facebook” səhifəsində gələcək planlardan danışıb. Onun sözlərinə görə, 2025-ci ilədək Azərbaycanın işğal altındakı kəndlərinin daxili yollarının asfaltlaşdırılması işləri yekunlaşdırılacaq. A.Arutyunyan buna misal olaraq babasının yaşadığı Xocalı rayonunun Xaçmaç kəndini misal çəkib. Separatçı “partiya” sədri həmin kəndin daxili yollarının artıq asfaltlandığını bildirib...

P.S. Bir sıra rayon mərkəzlərinin, eləcə də Bakının bəzi daxili yolları, küçələri hələ sovet dövründən bəri asfaltlanmayıb... Rayon icra hakimiyyətlərinin və sonradan onların “himayəsi” altında yaradılmış bələdiyyələrin nə ilə məşğul olduğunu, dövlət büdcəsindən yolların, küçələrin təmiri üçün  ayrılan  on milyonlarla vəsaitin necə xərclndiyini hamı yaxşı bilir...

Sultan Laçın
Tarix: 4-01-2020, 16:55
Xəbəri paylaş





Xəbər lenti