Cəmil Həsənli: "Qasım Süleymanini "Müsəlmanların fəxri" adlandırmaq məyusedicidir"

 

“İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasım Süleymaninin İraqda Amerikalılar tərəfindən öldürülməsi ilə bağlı bizim sosial şəbəkədə gedən müzakirələr son dərəcə acınacaqlıdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Milli Şuranın sədri Cəmil Həsənli deyib.
 
C.Həsənli bildirib ki, milləti bir birinə qarşı qoyan, ideoloji parçalanma yaradan ilk növbədə bilgisizlik, savadsızlıq və cəhalətdir: “Bu mənzərə ölkədə təhsil sisteminin çökdürülməsi, nazirlərin öz yanında falçılar saxlaması, dinin korrupsiyalaması və kleptokratik hakimiyyətin əlində alətə çevrilməsinin bilavasitə nəticəsidir. Azərbaycanda islam inanclı vətəndaşlar bu rejimin işgəncə labaratoriyasından keçiriləndə nə general Süleymaninin, nə də özünü qonşu dövləətin islam təəssübkeşi hesab edən ali ruhani elitasının səsi çıxmayıb və bu gün də çıxmır. General Süleymanınin ölümü ilə bağlı ölkəmizdə bir sıra dini təməyyüllü qurumların, hətta demokratik düşərgənin bəzi təmsilçilərinin açıqlamaları yüngül desək təəssüf doğurur. Xüsusiylə öz vətənə və milli atributlara baölılığı ilə seçilən Müsəlman Birliyi Hərəkatının dəfələrlə ölkəmizi təhdid etmiş, Yaxın və Orta Şərqdə dövlət çevrilişlərində iştirak etmiş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 20 ildən artıqdır ölkə xaricində keçirilən gizli hərbi əməliyyatları icra edən xüsusi hərbi birləşməsinə başçılıq etmiş general Qasim Süleymanini,“dünya azadlıqsevərlərinin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi" adlandırması məyusedici dəyərləndirmədir”.
 
Milli Şura sədri əlavə edib ki, biz kim tərəfindən törədilməsindən asılı olmayaraq terrorun əleyhinəyik: “Amma nicatımızı da, qəhrəmanlarımızı da öz içimizdə axtarmalıyıq. Bütün mənalarda gözümüzü xaricdən çəkməliyik. Hələ 1909-cu ilin yanvar ayının 11-də Cəlil Məmmdəquluzadə “Molla Nəsrəddin” jurnalında yazırdı: “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur. Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir”.
Tarix: 5-01-2020, 15:37
Xəbəri paylaş





Xəbər lenti