İnformasiya koronavirusları

  Son illərdə bütün dünya müxtəlif virusların əsrinə cevrilir. 
Şəssiz səmirsiz insanları yaxalayır:- quş qripi, donus qripi, ebola qripi və onlarca... Bu günlər dünyanı cənginə alan koronavirusu informasiya vasitələrində daha dəhşətli bir kabus dolaşır. Deyirlərə gorə Çində yaranmış koronavirusu, dünyada informasiya vasitələrinin gündəmini zəbt edir. İlk baxışda öldürücü xəstəliyin gündəmində olmağı təbiidir, əslində belə də olmalıdır. Maarifləndirmə, təbliğat və xəstəliyə qarşı proflilaktik tədbirlər barədə informasyaların tirajlanması kütləvi informasiya vasitələrin dəyişməz missiyadır. Tarixən belə olub və olacaqdır. Amması var ki, gündəmi zəbt etmək mövsumun özü öldürücü virusdan daha çox insanları öldürür. Texnologiyanın surəti inkişaf sayəsində qloballaşan dünyada informasiya işıq surəti ilə yayılır. İnternet erasını yaşayan dünyada artıq hər bir fərdin ( əslində yazmaq fərdə yox, şəxsə məxsus olmalıdı) informasiya yazmaq və yaymaq imkanı mövcudur. Özlüyündə bu yaxşı haldı, hər kəs bildiyini yayır. Bunun da yeni bir “əmması” var. Bir ağllının və yaxud bir dəlinin ağına – bozuna baxmadan informasiyanın “yükümü” yaradacağı fəsad və fəlakətini göz altına almadan sanki bir “likə”imza atmış kimi eşitdiyi hansı bir məlumatı tələm- tələsik, heç bir mənbəyə istinad etmədən, yoxlamadan yazmaq və yaymaq insanlar üçün ciddi problemin yaranmasına səbəb olur. Bu günlərdə Çində yaranmış qrip baradə internet resuslarında xəstəliyin özündən olan” infomasiya virusları” yayılır. Bu informasiyaların məqsədli olaraq yayılması da var və bu başqa bir söhbətin mövzusudur. Dünyanın bəzi informasiya mənbələrində yayılan, ancaq heç bir əsası olmayan və heç bir məntiqə və insanlığa sığımayan qanduruldan məlumatların ölkəmizdə fəaliyyət göstərən bir çox saytlar da tələm – tələsik dərc edənlər yalnız bir məqsəd olandır “qabağa mən düşüm, qorxu, həyacanı, vahimə və öz ritorikaları ilə desək, şok efekti yaradan xəbəri verən birinci mən yayım” Yəqin, oxucuların əksəri bu günlərdə qrip virusunun tuğyan etdiyi Çində milyonlarla insanın diri- diri yandırılacağı haqda yayılmış məlumatlrı oxumusuz. Bu kimi informasiya yayan saytlar ən azından peşəkarlıq nümayış etdirməli və özlərini “sığortalamalı” idilər. Məncə, bunu etmək elə də çətin deyil. Tutaq ki, tələsdiyindən informasiyanın əsasız və məntiqsiz olduğunun saf- çürük etmədiniz, bəs xəbərin mənbəyini niyə göstərmədiniz ? Əslində, bu cür məqamlarda xəbərin linkini belə qeyd etmək vacibdir. Əks təqdirdə, oxucunun tam ixtiyarı var ki,informasiyanın konkret bir sayt tərəfindən yalandan yayıldığı qənətinə gəlsi. Tarixən bilirik ki, bəşər övladı saysəz – hesabsız epidemiya pandemiyaların şahidi olub. Tarixin dəhşətli taun, cuzma və s.epidemiyaların sahibi olub. Hələ tibbin iniki səviyyə ilə müqayisə olunmaz dərəcədə geridə qaldığı dövründə taun
və cüzma yoluxmuş topluma qarşı kütləvi yandırma və digər kütləvi qırğınlar həyata kecirilməyib. Epidemiyaları xatırlamışkən, taunla bağlı bir mühakiməni diqqətə çatdırmaq bu məqamda yerinə düşər. Həmin dialoqda taundan soruşurlar:-Sən deyirdin 50 min adam öldürəcəksən, axı ölənlərin sayı çox öldü. İnformasiya bax budur, taun deyir ki, mən dediyim kimi etdim, 50 min öldürdüm, 5 yüz min isə qorxudan öldü. İnformasiya bax budur, taunun yox, qorxunun öldürdüyü... Müdriklərdən kimsə haqlı olaraq buyurub: “Təhlükə qorxusu təhlükənin özündən on min dəfə qorxuludu” Tam əminliklə demək olar ki, Çində tuğyan edən qripin də qarsısı tezliklə alındı. Belə deməyə müasir tibbin sürətlə inkişafı ciddi əsas verir. Ancaq ciddi yanaşmada daha bir məsələ var. Bu da informasiyaya olan münasibətdir. İnformasiya adi bir şey deyil. İnformasiya idarəetmədir, özü də sosioloji və psixoloji idarəetmədir. İnformasiya silahdır. Silahla da zarafat edilməz- İnsan- canı-qanı, ruhuyla informasiyaya bağlıdı. Lap Nuh əyyamından belədir. Hər formasiyanın özünəməxsuz informasiyası olub. İnsan həmişə informasiya ilə yaşayıb və idarə olunub. Yazılan və yayılan informasiya insan beynində həkk olunur, əks= səda yaradır. Xoş xəbər sevinc və xöş əhval- ruhiyyə yaradığı kimi, bəd xəbər də qorxu, həyacan, vahimə və stresin yaranmasına səbəb olur. İnsan xoşbətliyi bədbəxliyin açarı informasiyadır. İnformasiya ilə işləyənlər, onu cəmiyyətə çatdıranlar son dərəcə həssas olmalıdır. Təsadüfü deyil ki, kütləvi informasiya vasitələri (media) müasir idarəetmənin sütunlarından biri kimi dəyərlidir.... Mən dedim, düşünməksə Sizdən... Əlizadə Nəhmədağaoğlu
 Siam.az
Tarix: 17-04-2020, 10:36
Xəbəri paylaş





Xəbər lenti