Samir Şərifov YAĞNAN-BALNAN yola salınır... - GƏLİŞMƏ


Azərbaycanda daha bir yüksək rütbəli məmurun gedişi gözlənilir. Söhbət maliyyə naziri Samir Şərifovdan gedir. Xatırladaq ki, hələ bu ilin əvvəlində yerli KİV-də bu barədə məlumatlar yayılmışdı. Son xəbərlərdən isə aydın olur ki, artıq həmin vaxt yetişmək üzrədir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, yaxın günlərdə maliyyə naziri Samir Şərifov vəzifəsindən alınacaq və oun yerinə gənc kadrlardan biri təyin olunacaq.

Mənbə dia.az-a bildirir ki, Samir Şərifov "yağnan-balnan" yola salınacaq: "Halbuki onun adı müxtəlif maliyyə qalmaqallarında, habelə "Beynəlxalq Bank işi"ndə hallanırdı".

Qeyd edək ki, az əvvəl Prezident Samir Şərifovu “Şöhrət” ordeni ilə təltif edib ilə təltif edib. Bu da yenidən sosial şəbəkələrdə Maliyyə Naziri postunda dəyişikliyin baş tutacağı haqda müzakirələrin açılmasına nədən olub.
Tarix: 6-09-2021, 21:52
Xəbəri paylaş





Xəbər lenti