"Rusiyanın əndazəni aşan fəaliyyətinin qarşısını almaq üçün Türkiyə dövriyyəyə girməlidir..."


Tanınmış politoloq Qafar Çaxmaqlı Rusiyanın sülhməramlı adı altında Qarabağda əndazəni aşan ermənipərəst addımlarını Moderator.az-a şərh edib:
"Rusiya sülhməramlı adı ilə Azərbaycan torpaqlarında möhkəmlənmək istəyir. Onun indidən qarşısı alınmasa 4 il sonra bunu etmək çətin olacaq. Rusiyada rəsmi və qeyri rəsmi ağızlardan duyulan odur ki, Qarabağa Rusiya sülhməramlıları uzun müddətə gəliblər. 1960 əvəzinə indi burada daha çox rus əsgərinin olduğu faktları narahatedicidir. Əslində bu, başqa bir ölkənin ərazisinə soxulmanın, başqa sözlə, işğalın bir növüdür. hamımız müşahidə edirdik ki, müharibədən xeyli əvvəllər də Rusiya Azərbaycana girmək üçün, hərbi varlığını sürdürmək üçün yollar axtarırdı. Həmin məqam əlinə düşən kimi bu işi həyata keçirdi. Onlar indi 10 noyabr razılaşmasının şərtlərinə uyğun fəaliyyət göstərmirlər. Əslində sülhməramlı kimi onların beynəlxalq mandatı belə yoxdur. Rusların Qarabağda özbaşına hərəkətləri və missiyalarına uyğun olmayan işlərlə uğraşmaları Azərbaycana əsas verir ki, öz ərazisindən çıxarmaq tələbi qoysun. Buna kifayət qədər əsaslar vard və biz də bunlardan zaman zaman bəhs etmişik.  Rusiya burada hərbi varlığını qalıcı etmək üçün hər cür manevrlər edə bilər. Komandirini dəyişə bilər, Azərbaycanın "könlünü almaq " üçün bəzi görüntülər sərgiləyə bilər. Amma bu Rusiyanın imperialist məqsədlərindən vaz keçmək anlamına gəlməz. Rusiyanın əndazəni aşıb ermənipərəst fəaliyyətlərə rəvvac verməsinin qarşısını almaq üçün Türkiyənin burada aktivliyini təmin etmək lazımdır. Yalnız bu yolla Rusiyanın beynəlxalq hüquqla təsbit olunmuş "sülhməramlı " missiyasına son vermək olar. Azərbaycan siyasətini Rusiyanın bölgədən getməsi üzərində qurmalıdır. Bildiyimizə görə Rusiyanın sülhməramlı mandatını Azərbaycan təsdiq etmir və Rusiya qarşısında müəyyən şərtlər qoyub. Bu, ehtimal ki,  Azərbaycanın suveren haqları ilə bağlı şərtlərdir. Rusiya bu şərtləri qəbul etmirsə, onun mandatının bir mənası qalmır".
Tarix: 8-09-2021, 18:12
Xəbəri paylaş





Xəbər lenti