Cəmiyyətdə qorxulu hallar başlayıb


Ələsgər Əhmədoğlu
Dünən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədova xanımını qəsdən öldürdüyünə görə 10 il azadlıqdan mərhumetmə cəzası verildi.
Yenə dünən Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis İsmayıl Məmmədov həmin İdarərəyə şikayətə gələn xanımı Xanım Məmmədovanı xüsusi amansızlıqla qətlə yetirdi.
Bu olaylar rəsmi qurumları, xüsusilə cəmiyyətdə asayişi, ədaləti bərqərar etməli olan qurum rəhbərlərinin və hökumətin ciddi addımlar atmasını zəruri edir. Bu qurumlara işə götürülən şəxslərin psixoloji sağlamlığı ciddi testlərdən keçməli, insan hüquqları, gender bərabərliyi, qadın, uşaq haqları, məişət zorakılığının yolverilməzliyi və s. zəruri istiqamətlərdə marifləndirilməli və tərbiyələndirilməlidirlər.
Ədaləti təmin etməli olan bir hakim, asayişi, toxunulmazlığı qorumalı olan bir polis qadına-insana silah çevirirsə bu ölkədə cahillər nələr etməz?
Bu davranışlar cəmiyyətdə çox təəssüf ki, nümunə olmağa başlayır.
Dünən qəsdən qadını öldürən hakimə 10 il həbs cəzası vermək əslində cinayətkara tolerant davranmaq, imtiyazlı kimi yanaşmaqdır. Əminəm ki, bu cinayəti sıradan biri törətsə ona 120.1 (qəsdən adamöldürmə) ilə bərabər 120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə də əlavə ediləcək və 20 ildək həbsə göndəriləcəkdi. Çünki, hakimin öldürdüyü xanımı məhz bağ evində əlində ov tüfəngi ona tuşlanmış cinayətkar qarşısında tam köməksiz vəziyyətdə olmuşdu…
Cinayətdə cəza sadəcə həmin şəxsi cəzalandırmaq üçün deyil, bəzən həmin əməllərdən qaçınılması üçün də çəkindirici olmalıdır.
Tarix: 1-10-2021, 20:57
Xəbəri paylaş





Xəbər lenti