"İran Azərbaycan "nəqliyyat-ticarət müharibəsi" şiddətlənən xəttlə davam edir..." - "Yüklər boşalmayacaq"



"İran Azərbaycan "nəqliyyat-ticarət müharibəsi" şiddətlənən xəttlə davam edir..."

Pravda.az-ın xəbərinə görə, bu barədə ekspert Nazim Bəydəmirli məlumat verib.

N.Bəydəmirlinin sözlərinə görə, Astara terminallarında yerli logistik şirkətlərinə İran gömrük orqanları təlimat göndəriblər ki, Azərbaycandan gəlib üçüncü ölkələrə gedən yüklər boşalmayacaq və birbaşa getməyə məcbur ediləcək: "Yəqin ki, bizimkilərin aldığı 600 dollara adekvat İran tərəfi də almağa başlayır... Təbii ki, günahkar İran tərəfidir ki, Qarabağ üzərindən üçüncü ölkələrə yük göndərməyə alışmışdı, ancaq bizdə də günah var... İran üzərindən Rusiyanın təkidini nəzərə alaraq, şimal-cənub dəhlizi açmışıq, Astara-Rəşt dəmir yoluna 500 milyon dollar kredit vermişik, İranı uzun illərdir Ermənistanla sıx əməkdaşlıq etməsinə yanlış gömrük siyasətimizlə sakitcə dəstək vermişik və s. Ümid edək ki, hər iki ölkənin rəhbərliyi vəziyyətin daha da kritik duruma gətirilməsinə səbəb olan addımlardan çəkinəcəklər..."
Tarix: 6-10-2021, 22:20
Xəbəri paylaş





Xəbər lenti