COVID-19 pasportu olmayan mərasim yerlərinə polis qrupları cəlb edilib



COVID-19 pasportu olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır
Bakıda və respublikanın digər şəhər və rayonlarında şənlik mərasimlərinin genişləndirilmiş tərkibdə monitorinqləri aparılır. COVID-19 pasportu olmadan toy, nişan, ad günü və digər şənlik mərasimlərinin keçirildiyi məkanlara müvafiq dövlət qurumları ilə birgə polisin naryad qrupları cəlb edilib.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
“COVID-19 pasportu və buna bərabər digər müvafiq sənədləri olmayan şəxslər şənlik mərasimlərinə buraxılmır. Şənlik mərasimlərinin təşkilatçılarını və ictimai iaşə obyektlərinin rəhbərlərini qayda və tələblərə ciddi əməl etməyə çağırırıq”, - nazirlikdən bildirilib.
Tarix: 23-10-2021, 09:18
Xəbəri paylaş





Xəbər lenti