"Azərbaycan torpaqları kimsənin malı deyil ki, onunla istədikləri kimi davransınlar" - İqbal Ağazadə


“Bugünlərdə bəzi ictimai-siyasi statuslu şəxslər ərazi mübadiləsi ilə bağlı (Zəngəzur-Mehri yolunu Xankəndi və digər rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərlə) müzakirələr açmağa cəhd edirlər. 
Xatırladıram ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi Referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
İ.Ağazadənin sözlərinə görə, Azərbaycan torpaqları kimsənin malı deyil ki, onunla istədikləri kimi davransınlar: “Xalqın belə bir halda müqavimət hüququnu kimsə əlindən ala bilməz”.
Tarix: 31-10-2021, 23:32
Xəbəri paylaş





Xəbər lenti