Erməniləri bu dəfə ƏLİMİZDƏN KİMLƏR ALDI? - GƏLİŞMƏ


“Regionda baş verənləri təkcə Ermənistanın avantüraları ilə izah etmək çətindir. Ermənistana tərəf çıxan, onu əl altından qızışdıran beynəlxalq qüvvələr də bu cür qarışıqlıqların, yeni müharibəyə cəhdlərin önündə gedən ölkələrdir. Burda Fransanı, Rusiyanı söyləmək olar, Amerikanın özü qızışdırıcı bəyanatlar verməkdə davam edir”

Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə düşmən hələ də qisasçılıq niyyətiylə alışıb-yanır:

“Ermənistanın daxilində isə bir xaos var, bu xaos isə xəstə təxəyüllü bir xalqın avantürist niyyətlərindən doğur. Qisasçılıq niyyətləri var və onlardan soruşmaq lazımdır ki, nəyin qisasını alacaqsınız? Bir vaxt daş üstündə daş qoymadığınız azad olunan Azərbaycan torpaqlarınamı görə qisas hissiylə yanırsınız?! Ona görə təzminat verməlisiniz, bu haqda düşünün, qisas haqqında yox. Ölkənizdə Paşinyanın idarəçilik metodlarından narazısınız və ona qarşı mitinqlər təşkil edirsiniz, bu da öz işinizdir. Amma ölkədə sülh yaradılmasına böyük ehtiyac var. Çünki ölkəni uzun illərdir ki, qan çanağına çevirmisiniz. Çox təəssüf edirəm ki, özünü dünyanın mədəni, sülhsevər adlandıran ölkələri də xristian təəssübkeşliyindən çıxış edərək ermənilərin arxasında dayanır.

Amma çox şükürlər olsun ki, Azərbaycan Müzəffər Ordusu bütün törədilən təxribatlarda ermənilərin hərəkətlərinin qarşısını aldı, ciddi xəsarət yetirdi və hətta 12 nəfərə qədər hərbçisini əsir götürdü. Baş verənlər isə o qədər də ağır səbəblər deyil. Ermənilər indi atəşkəsə tərəfdar çıxdıqlarını və danışıqlara hazır olduqlarını bəyan edirlər. Nə qədər Azərbaycanın başına corab hörmək, kimlərinsə fitnəsiylə qonşuyla barışmağa üz saxlamayaraq anormal hərəkətlərə gedəcəklər? Bəsdirin, onsuz da sizin o tərəfdaşlarınız olmasaydı, bu məsələni Azərbaycan özü bilirdi necə həll edəcəkdi.

Azərbaycan isə 44 günlük Vətən müharibəsindən sonra hər dəfə sülh təklifi edir. Amma aranı qarışdıran yenə də düşmən özüdür. Bunlar düzələn deyil. İnsanın dəli olmağının bir forması var və ermənilər də dəli-divanə olmuş, təxəyyülü korlanmış bir xalqdır. Gerçəkliyi qavraya və baş verənləri qəbul edə bilmirlər. Amma bunlara dil verən, arxasında duran dövlətlər çox biabırçı, alçaqcasına hərəkətlər edirlər. Fransaya deyən lazımdır ki, niyə yerinə oturmursan? Makron öz ölkəsinin problemləriylə məşğul olmaq əvəzinə, hər gün Ermənistanın problemiylə məşğul olur. Burda isə məsləhətləşməli heç nə yoxdur. Ermənistan torpaqlarımızı işğal etdi, amma siz ona bir dəfə də olsun təcavüzkar demədiniz. Özünüz də ATƏT-in Minsk Qrupunun üzvüsünüz. Bir sözlə, bütün məsələlərin kökündə təkcə Ermənistan yox, həm də onun havadarları dayanır”.
Tarix: 17-11-2021, 15:55
Xəbəri paylaş





Xəbər lenti