REKTOR sarıdan bəxti gətirməyən SDU...- Elxan Hüseynov Sumqayıt Dövlət Universitetini bazara çevirib ?
Tələbənin intiharı SDU-ya ləkədir...
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Xeyli müddət SDU-ya Nadir Qəhrəmanov rəhbərlik edib. Tələbələr arasında “Qəssab Nadir” kimi tanınan rektor SDU-nu biabırçı vəziyyətə salmışdı. Ali məktəbi bazara çevirən rektor az qala rüşvəti leqallaşdırmışdı, yəni rüşvət adi hala çevrilmişdi. Bunu nəzərə alan ölkə başçısı Nadir Qəhərmanovu rektor vəzifəsindən uzaqlaşdırdı. Və “Qəssab Nadir”in yerinə, yəni SDU-ya Azərbaycanın Türkmənistanda Fövqəladə və səlahiyyətli səfiri işləmiş Elxan Hüseynovu təyin etdi. “ Pasol ” rektor isə vəziyyəti düzəltmək əvəzinə vurub SDU-nun gözünü çıxardı. Təsəvvür edirsiniz, “pasol” rektor SDU-nun futbol meydançasında qarpız, xiyar becərir, meyvə ağacları əkir. Bu adama nə deyəsən ? SDU ilə bağlı onu qeyd edək ki, 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun bəzi filialları ləğv ediləndən sonra Sumqayıt və Salyan filiallarının tələbələri SDU-nun tələbələri sırasına daxil edilmiş, filialların müəllim və texniki heyəti müsabiqə yolu ilə universitetdə işlə təmin olunmuşdur. Sumqayıt Dövlət Texniki Kolleci də universitetin nəzdinə verilib. Hazırda Sumqayıt Dövlət Universitetində 7 fakültə(Riyaziyyat, Fizika və elektroenergetika, Mühəndislik, Kimya və biologiya, Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Filologiya), 29 kafedra, 6 Elmi-tədqiqat laboratoriyası, Tədris Metodiki Mərkəz, Doktorantura və magistratura şöbəsi, Elmi hissə, Əcnəbi tələbələr şöbəsi və digər qurumlar fəaliyyət göstərir. Universitetdə fəlsəfə və elmlər doktoru proqramları üzrə mütəxəssis hazırlığı aparılır. Yəni SDU sözün həqiqi mənasında geniş bazaya malikdir. Amma rektor sarıdan bəxti gətirmir. Onu da qeyd edək ki, Elxan Hüseynov 2015-ci ildə səfir vəzifəsindən geri çağrıldıqdan sonra Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor , sonra Təhsil nazirinin müşaviri vəzifəsində çalışmışdır. 06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilmişdir. Ancaq bəlli olan odur ki, Elxan Hüseynovun rektor vəzifəsinə təyin edilməsindən sonra universitetdə problemlər, təhsilin keyfiyyətindən narazılıq halları azalmaq əvəzinə, daha da artıb. 67 yaşlı Elxan Hüseynov kabinetində bütün günü mürügüləyərək, dekanların, kafedra müdirlərinin nə gətirəcəyini gözləyir. Universitetdə təhsilin, təlim-tərbiyənin səviyyəsi çox aşağıdır. Demək olar ki, hər gün tələbələr arasında dava düşür. Bundan başqa, tələbələr imtahanları «köhnə qayda» ilə verir. Kim imtahandan uğurla keçmək istəyirsə, dekanların vasitəsilə rektoru «görməlidir». Əks təqdirdə, imtahandan keçə bilməz. Tələbə Rumiyyə Qasımovanın intihar etməsi isə SDU üçün ləkədir. Elxan Hüseynov rektor olan kimi “Qəssab Nadirin” komandasını uzaqlaşdırdı və öz adamlarını universitetə doldurdu ki, DAXİLİ xəbərlər bayıra çıxmasın. Ancaq keçmiş səfir başa düşmür ki, yerin də qulağı var. Düzdür “qara” işlərin çoxunu Aynurə xanım görür. Təsəvvür edirsiniz, Elxan Hüseynov SDU-nun yataqxanasının təmirinə 2 milyon manat xərcləyib. Cənab REKTOR o “summa”dan sənə nə qədər çatdı ? SDU-nun nəzdində olan kollec direktorları hamısı REKTORA “aylıq “ verir ? Rektor kiminlə danışırsa telefonda deyir ki, “pas at, pas ötür”, elə bil futbol oynayır. Bir sözlə, Qəssab Nadirdən sonra SDU yağışdan çıxıb yağmura düşüb. Gundelik-baku.com