"Pis idarəetmənin kitabını yazan, resurs iynəsinin üzərində rəqs edən hökumətlər..."



“Türkiyə Azərbaycanla müqayisəolunmaz dərəcədə nəhəng ixrac potensialı olan iqtisadiyyata sahibdir. Amma son günlər milli valyutanın dayanıqsızlığına görə, iqtisadiyyatın ödədiyi bədəllərin şahidiyik. Faktiki olaraq, İzmir Böyük Şəhər Bələdiyyəsi açıqlayıb ki, ilin əvvəlindən edilən məzənnə dəyişikliklərinə görə, onların borcu 3.1 milyard lirə artıb. Belə qənaətə gəlmək olur ki, xarici valyutada borclanan bütün subyektlərin, xüsusilə də biznesin milli valyutada yığımları olanların itkiləri olduqca çoxdur”.

Pravda.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

O bildirib ki, Azərbaycan da daxil olmaqla, ixrac potensialı olmayan bütün ölkələr əllərində resurs pulları olmayanda daha betər bədəllər ödəyəcəklər: "Həmin situasiya üçün "bədəl" çox yumşaq sözdür, fəlakət daha uyğundur. Pis idarəetmənin kitabını yazan, resurs iynəsinin üzərində rəqs edən hökumətlər insanlara mövcud sabitliyin onların uğurlu, peşəkar və cahanşümul siyasətlərinin nəticəsi olduğuna hələ də inandıra bilirlər. Kralın əynində paltar olmadığını görmək üçün yəqin postresurs erasını gözləmək lazımdır”.
Tarix: 24-11-2021, 21:57
Xəbəri paylaş





Xəbər lenti