Xırdalan Çörək Zavodu nə üçün nəzarətdən yayınıb?-ŞİKAYƏT


Xırdalanda fəaliyyət göstərən Çörək Zavodu nəzarətdən yayınıb.
Bu barədə dosye.org-a daxil olan məlumatlarda bildirilir ki, zavadun daxilində baş verən qanunsuzluqlar və digər xoşagəlməz hadisələr sözün həqiqi mənsında yuxarı dairələri maraqlandırmalıdır. Məlumatlarda daha sonra bildirilir ki, zavod rəhbəri Hacı adlı şəxs, tabeçiliyində olan əməkdaşlarla heç bir əmək müqaviləsi bağlamayıb, əksinə onları qul kimi işlətməklə istismara məruz qoyub. Bu barədə bəzi araşdırmalara üstünlük verdiyimiz üçün ictimayətə geniş məlumat vermirik.
Onu da nəzərinizə çatdıraq ki, zavoda verilmiş elektirik enerjisindən düzgün istigadə edilmir. Yəni, elektirik enerjisindən oğurluq yolu ilə zavodda istifadə edilir. Bunlardan əlavə çörəyin keyfiyyəti olduqca aşağı səviyyədədir. Çəkisi olduqca aşağı olan çörək eyni zamanda əhalinin narazılığı ilə gündəmə çevrilib. Maraqlı məqam ondan ibarətdir ki, istər Qida Təhlükəsizlik Agentliyi, istər Vergilər Nazirliyi, istərsə də digər aidiyyətli qurumlar Xııradaln Çörək Zavadunu yoxlamaqdan vaz keçir. Nədir problem?
Diqqətinizə çatdıraq ki, Xırdalan Çörək Zavodunun rəhbərliyi geniş imkanlara malikdir. Bir sözlə, yuxarı dairələrdən “krişa” hesabına işini bu cür davam etdirir. Lakin dosye.org olaraq məsələni bir daha aidiyyətli qurumlrın nəzərinə çatdıracayıq. Əgər, həqiqətəndə məlumat öz təsdiqini taparsa bir başa Baş Prokurorluğa ünvnlanacaq.
Araşdırmalarımız davam edir.
DOSYE.ORG
P.S. Xırdalan Çörək Zavadunun avtomaşınlarını idarə edən sürücülər işiqfordan qırmızı keçir və insan həyatı üçün böyük təhlükə yaradır. Çox istərdik ki, Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları məsələni nəzarətə götürsün.

https://www.dosye.org/xirdalan-cor%c9%99k-zavodu-n%c9%99-ucun-n%c9%99zar%c9%99td%c9%99n-yayinib-sikay%c9%99t/?fbclid=IwAR0A8AMfwKDlZD9545AJWBL0s58VMC9Z6-au7A5mxvxfRvwuc6eC_-RAD98
Tarix: 24-11-2021, 22:28
Xəbəri paylaş





Xəbər lenti