Əcnəbi media ilə milli mətbuatmız arasındakı fərq


Ekspert Xəqani Cəfərli
Türkiyənin yeganə müstəqil qəzeti olan “Sözçü” Almaniyada ən çox satılan türk qəzetidir.
Media-control.de” saytının məlumatına görə, Almaniyada ən çox satılan əcnəbi qəzet İsveçrənin alman dilli Neue Zürcher Zeitung qəzetidir. İkinci ən çox satılan qəzet ABŞ-ın dünyaca məşhur The New York Times nəşridir. Dünyanın 24 ölkəsində satılan Böyük Britaniyanın Financial Times qəzeyi Almaniyada üçüncü ən çox satılan əcnəbi qəzetdir. Ukraynanın rusdilli Vesti qəzeti Almaniyada ən çox satılanlar arasında dördüncüdür.
“Sözçü” qəzeti isə ən çox satılan beşinci əcnəbi nəşrdir. “Sözçü”-nün ardınca digər türk qəzeti Hürriyet gəlir. Fransanın məşhur Le Monde qəzeti yeddinci yerdədir. Səkkizinci yerdə olan Vesterij list-in ardınca Avstriyanın Kronenzeitung qəzeti gəlir. Almaniyada ən çox satılan əcnəbi qəzetlərin siyahısında 10-cu yerdə Fransanın digər məşhur qəzeti Le Figaro gəlir.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesində qəzetlərə maliyyə yardımı zamanı bəzi qəzetlərin tiraj sayının saxta arayışlarla şişirdildiyi üzə çıxıb. KİVDF-dən maliyyə yardımı almaq üçün tələbə görə qəzetin tiraj sayı isə 3 min olmalı idi.
Əcnəbi media ilə milli mətbuatmız arasındakı fərq bundan ibarətdir. Əcnəbilərin qəzetləri başqa ölkələrdə də satıldığı halda, milli mətbuatımız öz ölkəsində 3 min tirajla satılmır. Bu vəziyyətin yaranmasına görə məsuliyyət mövcud hakimiyyətin üzərinə düşür. Bu vəziyyəti dəyişmək üçün isə ilk öncə KİVDF-in varisi olan Medianın İnkişafı Agentliyi ləğv edilməlidir.
Tarix: 28-11-2021, 16:51
Xəbəri paylaş





Xəbər lenti