Yeni mətbuat qanunu hakimiyyətin pis niyyətini ortaya qoyur

Şahvələd Çobanoğlu
Buyurun, “Media qanunu” layihəsində Konstitusiyaya zidd maddələr!
“Media haqqında” yeni qanun layihəsinin bütün məğzi hakimiyyətin xeyrinə günah, hakimiyyətin xeyrinə düzən, hakimiyyətin xeyrinə mətbuat subyektləri yaratmaq, nəticədə nəzarət edilə bilən, məhdudiyyət qoyula bilən, idarə və təyin edilə bilən “söz azadlığı” tamaşası qurmaqdır.
Düzdür, bunlar heç bir qanuna baxmadan da azad mətbuatı təqib və repressiyalarla, əngəl və basqılarla, hədə və ələalmalarla yox ediblər, amma istəyirlər qanun daha çox kömək etsin onlara. Söz azadlığı adası kimi qalan qurum və adamları tamam sıxışdırmaq, sosial medianı və vətəndaş jurnalistikasını boğmaq üçün qanuni əsaslar yaradırlar. Açıq cəhdlər:
  • Jurnalistlərin sayını azaltmaq, öz verdiyi vəsiqə və özünün tərtib etdiyi reestrlərlə arzuladığı tərkibə salmaq;
  • Yeni medianı – internet mediasını sıxışdırmaq, ovcuna almaq;
  • Bologgerliyi və vətədandaş jurnmalistikasını, sosial medianı qədərəincə sıxışdırmaq və qanunun təsiri altına salmaq və s.
    Deməyin ki, elə nə olur etiraz edirik. Təkcə bir maddəyə baxın:
    14.1.11. faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
    …Qərəzsiz və obyektiv şərh olunmalı – nə deməkdir? Özlüyündə yaxşı sözlərə oxşayır? Amma fikir azadlığı hanı? Bu, “sən qərəzlisən, obyektiv deyilsən” deyib susdurmaq, günah yaratmaq üçün imkandır, Konstitusiyaya və beynəlxalq konvensiyalara ziddir. Çünki ifadə və fikir azadlığı toxunulmazdır!
    Deyə bilərsiniz ki, fikir azadlığından sui-istifadə halları ola bilərmi? Ola bilməz. Azadlıqdan sui-istifadə olmur. Elə bil deyirsiniz ki, həddən artıq çox yaşamaq olmaz. Qanunsuz çağırışlar, yalan məlumatlar, böhtan ayrı hallardır və qanunla qadağan olunub. Amma rəy- rəy, şərh – şərhdir.
    Birtərəfliliyə yol verilməməlidir – məsələsi isə azad medianın mənəvi dəyərlərindin biri ilə yaradılan təhdiddir. Məsələn, məmurları tapıb danışdırmaq, sual vermək mümkün deyil. İş dayanacaq, yazı və veriliş olmayacaq? İkincisi, redaksiya bilər, oxucusu bilər, qanunu pozmursa, işini necə qurmaq onun öz işidir. Dövləti dədə malına çevirən hakimiyyət qurumlarının işi deyil bu. Dövlətin də işi deyil bu, dövlət jurnalistika ağsaqqalı deyil, söz azadlığı kimi təməl hüququn təmin edilməsi onun üçün hər şeydən öndə olmalıdır ki, güclü, rifahlı, ədalətli ölkə mövcud olsun. Oğru məmurlar, onların partiyası danışmır deyə, birtərəflilikdə media günahlandırıla bilməz. İctimai kanallardan istifadə edib hər gün yalan danışanları tirajlamaq da bir öhdəlik ola bilməz. Bütün dünyada köşə yazarlığı – editor yazıları siyasəti, rəy jurnalsitikası mətbu vasitənin öz işidir. İnformativ və analitik janrlarda isə jurnalist özü maraqlı olur ki, fərqli mövqelər alsın. Bazarın tələbidir bu. Ümumiyyətlə, azad mətbuat olan ölkədə yanlış rəy, birtərəfli rəy yeriməz, bunun təbii olaraq tənzimlənməsi üçün kifayət qədər mətbu vasitə olur və təcrübə də göstərir ki, birtərəfli rəy mühitini avtoritar hakimiyyətlər yaradır. Dövlət bunlara müdaxilə etməklə Əsas Qanunu pozur.
    Yalnız bir maddədədən söhbət etdik. Niyyət ortadadır.
  1. Ruslardan qanun kopya eləmək
“Media haqqında qanun” layihəsi ilk abzasından yanlışla başlayır. Bu yanlış mövcud qanunda da bu cür qabarıq, ilk abzasdan olmasa da vardı. Demirəm çox prinsipal məsələsdir. Amma bütün hallarada çox vacib məqamı üzə çıxarır: ruslardan gələn bir yanlışın köçürülməsi, hələ Rusiyanı yamsılamaq, işi savadsız və mətbuatdan uzaq adamların aparmasıdır.
Buyurun yeni layihəyə:
1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar;
Qanun layihəsində “informasiya” anlayışı yoxdur, amma “kütləvi informasiya” anlayışı var. Ən gülməlisi odur ki, “kütləvi informasiya vasitələri” anlayışı yoxdur. Qatıb-qarışdırıblar. Mətbuata min ad qoyublar. Elə bilin bunlar informasiyanın nə olduğunu söyləmir, informasiyaların nə olduğunu söyləyirlər, yaxud onların kütləvi yayıla bilməsini önə çəkilir. Dünya bu qavramdan çoxdan imtina edib. Əvəzində söz azadlığı, informasiya almaq hüququ və yayım azadlığı qavramları və KİV adı var ki, bildiyimiz mətbuat deməkdir. Ay regional, ay internet, ay çap, platforma, ağıllarına gələnlərlə doldurublar layihəni. Bir yerdə yazıblar ki, məlumatlarının 75%-i ictimai-siyasi məlumatalardırsa, bu qəzet ictimai-siyasi qəzetdir. Qardaş, siz jurnalistikadan kurs işi yazırsınız? Nə ilə ölçürsən bunu? Necə ölçəcən? Kim ölçəcək? 74,2% oldquda, qəzet ictimai-syasi olmayacaq? Səyavuş Novruzovun vedrə ölçü vahidini xatırladır. Bir də ki, sizə nə mənim məzmunum necə bölünüb?
Mövzudan uzaqlaşdıq. Bu “kütləvi informasiya” anlayışı haradan gəlir?
Buyurun rus qanunundakı yer:
Статья 2. Средства массовой информации. Основные понятия
Для целей настоящего Закона:
под массовой информацией понимаются предназначенные для неограниченного круга лиц печатные, аудио-, аудиовизуальные и иные сообщения и материалы;
Mətbuat haqqında qanun söz və yayım azadlığı ilə başlamazmı?
Tarix: 11-12-2021, 22:30
Xəbəri paylaş





Xəbər lenti