Rüfət Quliyev: “Dövlət sahibkarlara təzyiq göstərə bilməz”



“Dövlət qurumları çayxana, kafe, restoran və otellərin qiymətlərinə nəzarət etmək və nəzarət nəticəsində qiymətləri tənzimləmək istəyirlər. Mən isə hər zaman bunun əleyhinə çıxış eləmişəm. Biz bazar iqtisadiyyatını seçmişik və 20 ildən çoxdur ki, bu yolla gedirik. İstehlak səbətində olan qida məhsullarını çıxmaq şərtilə, digər qiymətləri tənzimləmək olmaz, onlara nazirlik tərəfindən nəzarət olunmalıdır. Belə 35-50 çeşiddə qalan qida məhsulları insanların gündəlik qidalanması üçün ən vacib olan ərzaq məhsullarıdır. Digər qiymətlərə dövlət qurumlarının qarışmağa haqqı yoxdur. Əgər dövlət qurumları, məmurlar bu məsələyə qarışsalar, təzyiq göstərsələr, nəticə müsbət olmayacaq. Bu, yeni korrupsiya sxemlərinin yaranmasına səbəb ola bilər”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
 
Deputat bildirib ki, həmin iaşə obyektləri məcburiyyət qarşısında qalıb keyfiyyəti aşağı salacaqlar: “Lakin belə iaşə obyektlərinin mütləq şəkildə menyuları olmalıdır. Dövlət qurumları hətta belə tələb qoya bilərlər. Menyularda miqdar və qiymətlər də qeyd edilməli və həmin menyular internet şəbəkələrdə yerləşdirilməlidir. Vətəndaşlar hansı kafe və çayxanaların menyusunda nəyin olduğunu və qiymətləri bilməlidirlər. Dünya praktikası göstərir ki, bütün otellər tələb-təklif qanunu ilə işləyir. Bazar iqtisadiyyatında çalışan bütün obyektlər, misal üçün, otellər əgər bayramdırsa və yaxud da turist axını varsa, qiymətləri qaldırır. Sıravi günlərdə isə məcburiyyət qarşısında qiymətləri aşağı salırlar. Yəni, dövlət bu işə qarışa, sahibkarlara təzyiq göstərə bilməz”.
Tarix: 22-12-2021, 16:58
Xəbəri paylaş





Xəbər lenti