Turan tv azad söz tərəfdarlarının xidmətindədir

Qənimət Zahid
Zərrə qədər də şübhəm yox ii ki, Media haqqında yeni qanun Milli Məclisdə qəbul ediləcək. İctimai həyəcanları söndürmək üçün saxta «birgə müzakirələr» də hökumətin növbəti siyasi dələduzluqlarından biri idi.
Amma nə dəyişib ki?
Azərbaycanda vətəndaşların fəaliyyəti və həyatı qanunlarla tənzimlənmir onsuz da. Bu yeni qanun qəbul edilməzdən əvvəl də mətbuat əsasən qanunsuz vasitələrlə sıradan çıxarılırdı, bundan sonra da belə olacaq. Hətta bir zamanlar saytların bloklanması da qanunsuz qərarlarla baş verirdi, indi də elədir.
Yeni «hüquqi» reallıq yeni təşəbbüsləri tələb edir. Yəni, kütləvi etiraz rəqəmsal media təşəbbüslərinin genişlənməsi yolu ilə baş verməlidir. Vətəndaş jurnalistikası təşəbbüsləri daha da artmalıdır.
Hökumət sosial şəbəkələr üzərində məhdudiyyətləri tətbiq etdikcə bu məhdudiyyətlərin əhəmiyyətinin rədd edilməsi üçün çoxlu, lap çoxlu təşəbbüslər olmalıdır.
Turan TV sizin xidmətinizdədir.
Bütün müzakirələrinizi, paylaşmaq istədiyiniz informasiyaları, fikirləri azərbaycanlılara çatdıra bilərsiz. Yüz minlərlə, milyonlarla insana çatdıra bilərsiz.
Ayrıca… peyk televizyası qurmaq üçün təşəbbüslər varsa, biz yardım edə bilərik. Buna o qədər də əlçatmaz ideya kimi baxmayın. Biz, peyk televiziyası qurmağı adiləşdirməyin yollarını bilirik.
Amma hesab edin ki, Turan televiziya kanalı sizindir, azad sözün hüdudlarının genişləndirilməsi üçün bu platformadan maksimum yararlana bilərsiz.
Hökumətlə qanun mübahisələrinə- müzakirələrini çıxmağın isə heç bir faydası yoxdur. İzafi enerji itkisidir.
Bu hökumət qanun hökuməti deyil, qanuni hökumət də deyil.
Tarix: 30-12-2021, 23:04
Xəbəri paylaş





Xəbər lenti