Qazaxıstanda üsyançılara zirehli texnikadan atəş açılmağa başlandı...

Qazaxıstanda üsyançılara zirehli texnikadan atəş açılmağa başlandı...
Qazaxıstanın Almatı şəhərində gecə əməliyyatı zamanı  insanlar zirehli texnikalardan atəşə tutulub.
 
Moderator.az xəbər verir ki,  bu barədə "REN TV" hadisə şahidlərinə istinadən məlumat yayıb.
 
Telekanalın məlumatına görə, "talançı dəstələrini məhv etmək üçün gecə saatlarında şəhərdə xüsusi əməliyyat keçirilib. Axşamdan bəri orada döyüşlər gedir. Respublikanın Daxili İşlər Nazirliyi 26 quldurun məhv edildiyini, daha 18 nəfərin yaralandığını bildirib".
 
"TASS" isə xəbər verir ki, 3 minə yaxın şübhəli saxlanılıb.
 
Almatı administrasiyası "terrorçuların hakimiyyətə şiddətli müqavimət göstərməyə davam etdiyini" bildirib.
 
Sultan Laçın

Tarix: 7-01-2022, 09:35
Xəbəri paylaş





Xəbər lenti