“Terrorçularla danışıqlar olmayacaq, onları öldürməliyik” - Tokayev


Hakimiyyət terrorçularla danışıqlar aparmayacaq, çünki onlar hərbçi, polis və adi vətəndaşları öldürüblər.

Pravda.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Tvitter səhifəsində yazıb.

“Onları gənc əsgərləri döyüb və öldürüblər. Administrativ binaları yandırıblar, evləri və mağazaları talan ediblər, adi vətəndaşları öldürüblər, gənc qadınlara təcavüz ediblər. Düşünürəm ki, terrorçularla danışıqlar olmayacaq, onları öldürməliyik”, - deyə Tokayev bildirib.
Tarix: 8-01-2022, 14:25
Xəbəri paylaş





Xəbər lenti