QHT sektorunda PULLAR NECƏ YEYİLİR... - bu da BİR FAKT!

QHT sektorunda PULLAR NECƏ YEYİLİR...
Son günlər qeyri-hökumət təşkilatları sektorunda müşahidə olunan etirazlar ictimaiyyət tərəfindən diqqətlə izlənilməkdədir. Hər halda özlərini 3-cü sektor nümayəndəsi hesab edənlərin PUL DAVASI - dövlətin sözügedən sektora qayğısını düzgün bölüşdürə bilməmələri ortaya ciddi iddia və ittihamların çıxması ilə müşaiyət olunmaqdadır.

DİA.AZ bildirir ki, növbəti belə faktları qeyri-hökumət təşkilatlarının davasına xüsusi diqqət ayıran jurnalistlərimizdən biri - Məhəmmədəli Qəribli açıqlayıb. Beləliklə, jurnalist yazır:

"QHT-lərin qrant əsasında həyata keçirdiyi layihələrin effektivliyinə demək olar ki, nəzarət edilmir. Yalnız pulun necə xərcləndiyinə dair çeklər tələb edilir.

Məsələnin ideoloji deyil, kommersiya aspektinə daha çox nəzər salınır. Udulan layihələrdə diqqətimi nə çəkdi? Yeni layihələrdə daha çox film çəkilişlərinə maliyyə ayrılıb.

Mən bir-iki QHT-nin ərsəyə gətirdiyi “film”lə tanış olmuşam. Öz dostları olan bir - iki nəfəfəri ekspert kimi danışdırıb , sonra telefonla çəkib adını da “film” qoyub, bununla da qrantın pulunu həzm ediblər.

Ortada : ssenari, rejisor, operator , keyfiyyətli montaj işi yoxdursa, buna necə film demək olar? Bir sözlə, QHT-lərimiz kino industriyamıza böyük töhfələr bəxş edir…"
Tarix: 3-06-2023, 09:10
Xəbəri paylaş





Xəbər lenti