Kamran Əliyev rəis olsa, camaat batdı... - Görünəni budur...


Neçə müddətdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi postu uğrunda bir mübarizə başladıldığə haqda məlumat yayılıb. DİA.AZ bildirir ki, hazırda həmin postu tutan Ramiz Zeynalovun sürəsi dolduğundan onun yeriuğrunda bir çəkişmə başlayıb.

Əslində sözügedən mübarizə anlaşılandır. Çünki BÖYÜK QAZANC yeri olan DYP sistmeinə bundan sonra kimin nəzarət deəcəyi həm də böyük pullara nəzarət etmə anlamını daşıdığından kifayət qədər cəlbedicidir.

Qeyd edək ki, Ramiz Zeynalovun yerinə əsas iddialı kimi hazırda İmtahan Qeydiyyat idarəsinin rəisi postunu tutan Kamran Əliyevin olduğu deyilir. Qeyd edək ki, Kamran Əliyev buna qədər ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri idi ki, o zaman teli KİV-lə sıx təmasları ilə diqqətə gəlirdi.

İndi isə görəvi qalxdığından Kamran Əliyevin başı görünür, daha çosx pul qazanmağa qarışıb... Hər halda görünəni və anlaşılanı budur.

Məsələ bu deyil. Qeyd edək ki, Kamran Əliyevin barəsində sosial şəbəkələrdə açıqlan müzakirələrdə əksəriyyət onun BDYPİ rəhbərliyinə tədarük görməsini "BATDIQ Kİ..." reaksiyası ilə qarşılayıb.

Hər halda, atalarımız "ELİN GÖZÜ TƏRƏZİDİR..." deyib və güman ki, bunu sözügedən təyinatın altında imzası olanlar mütləq şəkildə nəzərə alacaq...

DİA.AZ
Tarix: 10-06-2023, 09:50
Xəbəri paylaş





Xəbər lenti