KAMALƏDDİN HEYDƏROVA AÇIQ VƏ “ACIQ” MƏKTUB…

  



Cənab nazir!
Adətən bir şəxs barədə ardıcıl yazılar yazmağı sevmirəm. Cünki adətən oxucu auditoriyası bunu haqlı olaraq qərəz kimi qəbul edir. Amma mənim sizinlə heç bir qəsd-qərəzliyim yoxdu. Bunu yazının gedişində izləyənlər də şahidi olacaq.
Bildirmək istəyirəm ki, tək mən deyil, elə bir çox insanlarımız da haqlı olaraq zənn edirdi ki, FHN-dəki o məlum, iyrənc olaydan sonra siz ya istefaya gedəcək, ya da son revanş olaraq bu ləkəni üzərinizdən götürmək üçün FHN-də ciddi islahatlar aparacaqsınız. Amma təəssüflər ki, bunun şahidi olmadıq. Həmin olayın üstündən heç bir ay keçməmiş nazirliyin binasında heç nə olmamaış kimi xanım əməkdaşlarınızın xına yaxdı mərasimi keçirərək “hakuşka” dediyinin şahidi olduq. Sizin bu hadisəyə dolayısı ilə bəraət verib, “burda nə varki?” deyərək haqq qazandırmaq cəhdiniz isə ümumiyyətlə heç bir əndazəyə sığmadı.
 (“FHN-də qadınlar” mövzusunda əlimizdə dəhşətli faklar var. Sadəcə geniş mövzu olduğundan bu barədə ayrıca yazı təqdim edəcəm. E.H)
***
Zaman-zaman yenə də FHN, heç nə olmamaış kimi öz əvvəlki tempində işləməyə davam etdi. Yəni heç bir ciddi islahatlar aparılmadı, nazirliyin fəaliyyətində heç bir dönüşü müşahidə etmədik. Və sonralar mən özüm də şəxsən şahidi oldum ki,  əməkdaşlarınız bu nazirlik binasının daxilində necə “işləyirlərsə”, xaricində də eynən çalışırlar. FHN nazirlik deyil, ən yumşaq halda desək bir “əyləncə klubu”-  bu illər ərzində heç bir faydalı və uğurlu işi ilə yadda qalmayan  rüşvət və korrupsiya   yuvasıdır. Bu yönümdə araşdırma aparsam 10larla deyil, bəlkə də yüzlərlə fakt təqdim edə bilərəm. Amma hamıya məlum olan məsələlər barədə nələrisə yazmaq başda özüm olmaqla bir kimsə üçün də maraqlı deyil. Ona görə də son vaxtlar təsadüfən şahidi olduğum və yaşadığım 2 məsələni diqqətinizə çatdırmaq istəyirəm.
***
Təxminən 15 gün əvvəl, gecə saat 3-4 radələrində həyətə siqaret çəkmək üçün çıxmaq istərkən məlum oldu ki, evin çıxış qapısının açarı sıradan çıxıb. Özüm nə qədər qapını açmağa cəhd etsəm də alınmadı. Sonunda nə qədər istəməsəm də məcbur olub FHN-nin “Qaynar xətt”inə zəng etməli oldum. (Çünki əksər ailələr kimi bizdə də səhər tezdən işə, dərsə, bağçaya gedənlər saat 7-dən evdən çıxırlar). Telefonu götürən yuxulu xanım məndən : “evdə halı pisləşən və ya qapı arxasında uşağın qalıb-qalmadığını” soruşdu. Bildirdim ki, “uşaqlar var, amma hamısı yatıb”. Belə olan halda xanım bildirdi ki: “biz, bu cür situasiyalarda çağırışa getmirik”. Və əlavə etdi ki: “mən sizi yönləndirəcəm; orda sizə kömək edərlər”. Məni yönləndirdiyi yoldaş isə ” məllim, biz 50 manata gəlirik. Sərf edirsə gələk” dedi. Əlacsızlıqdan razılıq verdim. (Hətta 100 istəsə belə razılaşmalıydım. Çünki ayrı variantım yox idi). Nə isə. Təxminən 20 dəqiqədən sonra gələn iki nəfər haradasa 10-15 saniyə ərzində açarın çəftəsini basıb qıraraq, qapını açdılar. 50 manatı da alıb getdilər. Səhərisi gün günorta saatlarında Qaynar xəttdən zəng edib ” gecə müraciət edibsiz. Sizə kömək etdilərmi?” deyə soruşdular. Dedim ki, ” etməyinə- etdilər amma filan məbləğə başa gəldi”. Cavab: “belədir də” oldu. Əslində bunu yazmayacaqdım. Heç hadisə ərəfəsində də lazım bilmədim. Sadəcə bu günkü yazıma bir giriş üçün lazım bilib qələmə aldım. Həm də ki, bir sual mənim üçün açıq qaldı:
BƏS BU CÜR VƏZİYYƏTLƏ ÜZLƏŞƏN-50 MANATA İMKANI OLMAYANLAR, NƏ ETMƏLİDİR?
***
 İndi keçək ƏSAS MƏSƏLƏyə.
Cənab nazir!  Mən Xırdalanda yaşayıram. Təxminən iki ay əvvəl Bakı-Sumqayıt yolunun kənarında – Xırdalan dairəsində, bir Şəhid şəklinin arxasında tikinti işlərinin başlandığının şahidi oldum. Düzü ilk-əvvəl  elə bildim ki, nəsə “Şəhidlər bulağı” və ya bu yönümdə abidə-filan inşa olunacaq. Ancaq bir müddət sonra məlum oldu ki, orada nəsə iri ölçülü başqa bir inşaat işinə start verilib. Fotosu vurulan şəhidin ailə üzvlərini tapdım. Məlum oldu ki, onların həmin tikintiyə heç bir aidiyyətləri yoxdu. İcra hakimiyyətindən soruşdum. Mənə bildirdilər ki: “orada 2 mərtəbəli yaşayış evi tikilməsi üçün bir  vətəndaşa icazə verilib. Şəhidin çəkli isə orada əvvəldən olub. Çünki qonşuluqdakı ara küşələrdən biri onun adını daşıyır”. Tamam. Bununla da məsələnin bağlanmış hesab etdim. Amma..
***
 
***
Amma üstündən bir necə hətfə keçəndən sonra məlum oldu ki, həmin yerdə 2 mərtəbəli yaşayış evi deyil, hansısa iri bir obyekt tikilir. Yenə də İcra hakimiyyəti ilə əlaqə saxladım. Dəstəyi götürən cavan oğlana heç nə demədən həmin tikintinin portaldan çıxarışını istədim. Və “naşı” da onu mənə göndərdi. (deyilənə görə həmin əməkdaş buna görə cəzalandırılıb). Portalda (fotosunu dərc edirəm) açıq-aydın yazılıb ki, hansısa Fərzəliyev soyadlı (bu şəxsin İH başçısı Abidin Fərzəliyevə qohum olması araşdırılır) vətəndaşa 0.32 ha ərazidə məhz 2 MƏRTƏBƏLİ YAŞAYIŞ EVİ inşa edilmək üçün ayrılıb. Təqdim etdiyim fotodan isə burada 1 mərtəbəli iri obyekt tikildiyi açıq-aşkar görünür. Bundan sonra məsələnin araşdırlması üşün FHN-nin “Qaynar xətt”inə müraciət etdim. Və bundan sonra da 1 ay! ərzində dəfələrlə əlaqə saxlayıb “nə oldu?” deyə soruşsam da hər dəfəsində ” biz aidiyyatı üzrə yönləndirmişik. Ayrı heç nə edə bilmərik” cavabını eşitdim. Ona görə də məcbur olub FHN Sumqayıt Regional Mərkəzin rəis müavini Rafiq Həsənovla, daha sonrasa FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun köməkçisi Elxan adlı bir yoldaşla danışıb məsələdən agah elədim. Xahiş etdim ki, təsdiq olunmuş layihəni də götürüb tikinti aparılan yerə gəlib bir yerdə baxış keçirək. Yəni görək ki- “təsdiq olunmuş”la, “tikilən” nə dərəcədə üst-üstə düşür?”.
***
 Möhtərəm nazir! Aparılan danışıqların stenoqramını yazıb oxucuları yormaq istəmirəm. Amma inan ki, əməkdaşlarınız o qədər bəsit, dayaz, “gülünc” arqumentlərlə danışır ki, adamın əti tökülür. Dəhşətə gəlirsən. Təəccüb edirsən. Ki, gör bu cür nazirlikdə kimlər çalışır? Onların hər biri sonunda bir bəhanə ilə aradan çıxdı və bir daha nə zəng etdilər, nə də telefonuma cavab verdilər.
Ona görə də sizə müraciət etmək məcburiyyətində qaldım. Hər halda özümü zorən də olsa inandırmağa çalışıram ki, sizin bundan xəbəriniz yoxdu. İndi hamısını yazdım və real faktları da təqdim etdim.  Əməkdaşlarınızin rüşvətxor olmaları üzdədir. Bunun ora-burası yoxdur. İndi söz sizindi. Ya ölçü götürün, ya da bu rüşvət və korrupsiya aparatının sükanı arxasında birbaşa özünüzün dayandığını, ölkənin ən strateji nazirliyinini bir kart-blanşla idarə etdiyinizi ortaya qoyun.

Tarix: 12-06-2023, 23:35
Xəbəri paylaş





Xəbər lenti