Kolleclər ali məktəblərin tabeliyinə verilir - Nazir müavini açıqladı


bitmap-img6

Orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.

O qeyd edib ki, hazırda 29 minə yaxın şəxs peşə təhsili alır. Nazir müavininin sözlərinə görə, Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir:
“Çünki həmin binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Biz bu il Cəlilabadda peşə təhsil müəssisəsini istifadəyə verəcəyik”.
Tarix: 14-06-2023, 22:46
Xəbəri paylaş





Xəbər lenti