Orta dəhlizin üstündəki `DƏLİ DOMRUL KÖRPÜSÜ`... - Şahin Bağırovun NƏZƏRİNƏ


"Burası Qazax gömrüyüdür". DİA.AZ bildirir ki, bunu Qazax gömrüyündən videofakt paylaşan tanınmış publisist-yazar Heydər Oğuz qeyd edib.

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/955055188948766

H.Oğuz daha sonra bildirir:

"Gürcüstana, Türkiyəyə və Avropanın müxtəlif ölkələrinə gedən yük maşınları bu gömrükdən keçir. Gömrükdə isə işi elə qurublar ki, yük maşını sürücüləri adi bir sənədi imzalatmaq üçün saatlarla gözləyirlər. Onların dediklərinə görə, dünyanın heç bir ölkəsində bu cür süründürməçiliklə üzləşməyiblər.

Məhz bu səbəbdən TIR sürücüləri bu gömrük məntəqəsinə dantansı bir ad qoyublar: "Dəli Domrul körpüsü"...

Və biz bu cür "Dəli Domrul körpüləri" ilə Orta dəhlizin bir həlqəsi olmağa iddialıyıq..."

Məsələ ilə bağlı Siam.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Tarix: 15-06-2023, 09:48
Xəbəri paylaş





Xəbər lenti