Görək, işbazlar bundan sonra nə edəcək? - bilet satışı onlayn oldu

Görək, işbazlar bundan sonra nə edəcək?
Bundan sonra, aviakassalar Bakı ilə Naxçıvan arasındakı reyslərə bilet satmayacaq. Biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi saytından əldə etmək mümkün olacaq. Bu haqda Naxçıvana aviareyslər həyata keçirən AZAL məlumat yayıb. Şirkət bildirir ki, bunula həm bilet alışı asanlaşacaq, həm də mümkün fırıldaqçılığın qarşısı alınmış olacaq. Məlumatda yeni prosedura nə zamandan başlanılacağı ilə bağlı tarix göstərilmir. AZAL bu istiqamətə əlavə reyslərin artırılacağını da vurğulayır.

SİAM.AZ bildirir ki, bir neçə gün öncə sərnişinlər “Gündəlik Naxçıvan”a AZAL-dan şikayət etmişdilər. Onlar bildirirdi ki, kifayət qədər əlavə reys ayrılmadığından, aviakassalar önündə uzun növbələr yaranır. Bundan istifadə edən işbazlar isə, aviakassalarla əlbir olub, biletləri sərnişinlərə baha qiymətə satır.
Tarix: 18-06-2023, 22:38
Xəbəri paylaş





Xəbər lenti