Jurnalistin MİDA-dan ev qazanması... - kişinin hamilə ola bilməsi şansı qədərdi...


Hakimiyyətin daxlində olan hansısa qüvvə Prezidentin iradəsinin əksinə gedərək, jurnalistlər üçün tikilən və tam hazır vəziyyətdə olan 3-cü binanı öz halal sahibləri olan media təmsilçilərinə vermək istəmir. Bunun üçün o hoqqa qalmadı ki, çıxmasınlar.

İki il bundan əvvəl 38 nəfərn imzası lə biabırçı bir siyahı ortaya atdılar. Həmin siyahıya elə adamlara imza atdırdılar ki, apardıqları kampaniya özlərnə qarşı çevrilmiş oldu. Yəni əks effekt verdi.
Çünki siyahıya imza atanların əksəriyyəti jurnalistlər üçün tikilən əvvəlki iki binadan ev almışdılar.

Haqq edən, mediada can qoymuş, həqiqətən evi olmayan və ya mənzil şəraiti acınacaqlı olan bir qrup həmkarımız dirəniş göstərərək, Prezdentin jurnalistlərə paylanması üçün inşa etdirdiyi evin media nümayəndələrinə verilməsi ilə bağlı dirəniş göstərir.

İndi də görün bizm başımızı nə ilə qatmaq istəyirlər? Ədalətsiz mənzil bölgüsünə görə, reputasiyası sıfırdan da aşağı həddə olan MİDA adlı qurumu dövriyyəyə buraxıblar ki, mənzil istəyən jurnalistlərin başlarını qatsınlar.

Bu gün sözügedən qurumun adından bir məlumat yayılıb. Bəzi saytlar da bu məlumatı elə başlıqlarla tirajlayıblar ki, sanki bununla da ehtiyacı olan jurnalistlərin mənzil məsələsi öz həllini tapmış olacaq. MİDA-nın jurnalistlərə təklif etdiyi güzəştli mənzillərlə bağlı şərtlərini oxudum.

Düzünü deyim ki, xəbəri 5 dəfə oxuyandan sonra nəsə anlaya bildim. Çox az sayda jurnalist tapılar ki, həmin kriteriyalara uyğun gəlsin. Mən özümü ağır bir kriteriyalardan birnə uyğun saydım. Şərtlərn birndə deyilir: "15 il jurnalist stajın və Media Reysterində qeydiyyatın" olmalıdır. Sevindim ki, sabahdan gedib sənədləri toplayım. Çünki həm stajım 15-ildən çoxdur, həm də Media Reysterində qeydiyyatım var.

Sonra aydın oldu ki, kriteriyalara cavab versən də, sənədləri toplasan da, bu hələ sənə ev vermək anlamına gəlmir. Səni hələ qarşıda böyük biabırçılıqla yaddaşlarda qalan MİDA-nın təşkil etdiyi mənzillərlə bağlı oyunda iştirak gözləyir. Bilirsiniz ki, orada da sistem açılmağı ilə evlərin satılmağı bir olur.

Sizcə sənədləri qaydasında olan Məhəmmədəli Qəribli kimi zavallı bir jurnalst 7-8 saniyəyə oradan ev uda bilər? Bunu təşkil edənlər, onsuz da şərtləriniz ağırdı və evləri pulla satassınız. Heş olmasa elə edin ki, krteriyalara uyğun gələn jurnalstlərə konkret mənzillər təklif olunsun.

Adam ödənişini edb, girib mənzilində yaşasın, sonra da aylıq ödənişinizi etsin. Yoxsa, jurnalisti öz çirkin oyunlarınıza niyə cəlb edirsiniz? Bundansa yazardınız ki, evlər ancaq hamilə olan kişi jurnalstlərə veriləcək.

Deyəcəksniz ki, heç hamilə də kişi olar? Bəli, olmaz! Əmin olun ki, hamilə kişi olmadığı kimi, sizin MİDA-dakı yarışmanızdan da bir jurnalistin 7-8 saniyəyə ev qazana bilməsi də mümkünsüzdür...

Məhəmmədəli Qəribli
SİAM.AZ
Tarix: 19-06-2023, 23:30
Xəbəri paylaş





Xəbər lenti