Ruben Vardanyanın dostu və keçmiş müşaviri Qarabağdan qaçdı...-FOTOLAR

Ruben Vardanyanın dostu və keçmiş müşaviri Qarabağdan qaçdı...-FOTOLAR
Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsində, Kremlin himayəsində 32-ci ildir bəslənən separatçı-terrorçu rejimin keçmiş qondarma “dövlət naziri” Ruben Vardanyanın dostu və sabiq müşaviri Arman Akopcanyan bu günlərdə "blokadanı yararaq” İrəvana qaça bilib.

Moderator.az xəbər verir ki, bunu gündəlik“Joqovurd” qəzeti yazıb. 
 
Nəşrin müxbirləri məlumatı dəqiqləşdirmək üçün şəxsən Arman Akopcanyanla əlaqə saxlamağa çalışıb.  
 
“O, şərh vermək istəməsə də, məlumatımızı  təkzib də etməyib: "Şərh verməyəcəm. Bu tərəfdə çox adam var idi, ancaq yol bağlanandan sonra çıxa biliiblər. Bu, nə sualdır verirsən? Şərh verməliyəm? Bu, mənim təhlükəsizliyim məsələsidir".
 
Başqa sözlə, Akopjanyanın sözlərinə görə, artıq Artsaxda yaşamaq təhlükəsiz deyil. Bunu Artsaxda ictimai vəzifə tutan şəxs deyib. Ondan Artsaxdan necə qaçıb çıxmağı bacardığını soruşduqda, sonuncu qəzəbli reaksiya verdi: "Müsbət cavab verə bilmərəm. Kim mənə zəng edib harda olduğumu soruşsa, heç kimə cavab vermirəm. Niyə danışım? Mən kiməm? Mən iş adamıyam. Mənim Nə marağım var?"

Akopcanyan başa düşmür ki, Artsax hesabına varlanan, demək olar ki, bütün Artsax tenderlərində qalib gələn və milyonlarla pul qazanan şəxs mühasirəyə alınmış Artsaxdan çıxıb qaçanda bu, sadə vətəndaş üçün çox pis impulsdur”,- deyə Ermənistan nəşri yazır.
 
Qeyd edək ki, A.Akopcanyan neçə illərdir ki, Azərbaycanın işğal altında olmuş və bu gün də ermənilərin əlində qalan ərazilərində əksər tenderləri udaraq tikinti-təmir işlərini aparan qanunsuz “Kapavor” şirkətinin rəhbəridir... Həmin şirkət hazırda Xocalı şəhərində və rayonun yaxın kəndlərində 44 günlük müharibədə Şuşadan, Hadrutdan və s. köçmüş hayklar üçün bina və ya həyət evləri tikməklə məşğuldur... 
Tarix: 21-06-2023, 09:45
Xəbəri paylaş





Xəbər lenti