Eldar Əzizov Bakını Rəfael Allahverdiyev dönəminə qaytarır - KÜÇƏ TİCARƏTİ GENİŞLƏNİR


Çoxlarında qeyri-ciddi məmur obrazı yaratsa da işini bilirdi. Məhz Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər gətirilməsindən sonra küçə ticarəti ilə ciddi mübarizə başlandı. Etiraf edək ki, paytaxtın gözəlləşməsində, ümumi görkəminin dəyişməsində neft pulları ilə yanaşı o zamanaki rəhbər Hacıbala Abutalıbovun da xüsusi rolu olub.
Ancaq heç kəsin ağlına gəlməzdi ki, yeniləşən, dəyişən Bakı 1990-cı illərə qayıdacaq.
Bəli, məhz Eldar Əzizovun paytaxt rəhbərliyinə gətirilməsindən sonra Bakıda küçə ticarəti sürətlə böyüməyə başlayıb.
O dərəcədə küçə ticarətinə göz yumulur ki, insanlar artıq səkilərdə yeriməyə belə çətinlik çəkir.
Paytaxtın elə bir rayonu yoxdur ki, orada metro çıxışlarından tutmuş, səkilərdə bazar açılmasın.
Bu prosesdə isə Nəsimi Rayonu birinci yerdə gəlir.
28 May metrosunun qarşısı Rəfael Allahverdiyev dönəmində olduğu dövrü xatırladır. Burada meyvə-tərəvəzdən tutmuş, su, loteriya satışına, hətta dollar alqı-satqısına da rast gəlmək mümkündür.
Onlardan bir neçəsinin fotosunu təqdim edirik.







 
Elmar Elnuroğlu
Gununsesi.info
Tarix: 30-06-2023, 09:09
Xəbəri paylaş





Xəbər lenti