Paşinyan Araikin telefon zənglərinə cavab vermir?


Baş nazir Nikol Paşinyan dəfələrlə Araik Arutyunyanla intensiv əlaqə saxladığını qeyd edib. 
Cebhe.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan öz “Facebook” səhifəsində Ermənistan hakimiyyətinin Qarabağdakıs eperatçı rejimlə  əlaqəni kəsməsi ilə bağlı mətbuatda yer alan xəbərləri şərh edərkən yazıb.
“Son günlər müxtəlif KİV-lərdə Ermənistanın bütün səviyyələrdə hakimiyyət orqanlarının Qarabağla təmaslarını dayandırması barədə məlumatlar yayılır. Qeyd olunur ki, Laçın dəhlizi ilə bağlı məsələ Ermənistan hökumətinin gündəliyinə daxil edilməyib.
Qeyd etməyi vacib hesab edirik ki, Baş nazir Nikol Paşinyan Araik Arutyunyanla intensiv gündəlik təmaslarını dəfələrlə qeyd edib. İctimai çıxışlarda və müxtəlif formatlarda Araik Arutyunyan da bunu təsdiqləyib”.
Tarix: 3-07-2023, 22:45
Xəbəri paylaş





Xəbər lenti