Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Hərbi Prokurorluğa MÜRACİƏT...


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz fəaliyyəti haqqında Baş Prokurorluq yanında Korruppsiya İdarəsində şöbə rəislərinin həbs olunması heç də problemi yerində həll etmir. Belə ki, ötən çağırış zamanı Bakı Şəhər rayonlarının birində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birinci-ikinci şöbə rəislərinin həbs olunmasını xatırladaq. Axı bu belədə davam edir nəticə yoxdur. Nəticə haqqında fikirləşən də yoxdur. Niyə?

Dəfələrlə çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb olunan pul məbləği xəstə və sağlam insanlara fərq qoyulmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu hal dəb halına çevrilib.

Rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilən və həbs olunan Səfərbərlik işçiləri nəticə çıxarmayaraq yenə çirkin işlərlə öz maraqlarını növbəti çağrışda həyata keçirirlər. Bu da təəssüf olunan haldır.

Belə ki, son zamanlar Gəncə və Mingəçevir Şəhərləri, Goranboy, Samux, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətlərində ciddi şübhə doğuran qüsurlar vardır.

Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Hərbi Prokurorluq axtarış aparılmaq üçün əhəmiyyət qrupu adı göstərilən şəhər və rayonlarda yoxlamalar aparsa o zaman aydın olar ki, Ruhi pozuntular, Sinir sistemi xəstəlikləri Göz və onun əlavə aparatının xəstəlikləri, Qulaq xəstəlikləri, Tənəffüs orqanlarının xəstəlikləri, Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, böyrəklərin ifrazat funksiyasının mühüm dərəcədə ifadə olunmuş pozulmaları və ya xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan xəstəliklərlə və s, çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb edilən külli miqdarda pul məbləği təkcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz rayon şöbəsinin rəisi Rahim Əlifağa oğlu Ağayevin qanunsuz əməlləri ifşa olunduğu kimi adı çəkilən şəhər və rayonlarda da bu hala təsadüf etmək olar.

Qeyd edək ki, belə hallar rast gəlinəndə təkcə Səfərbərlik işçiləri haqqında cəza tədbiri görülməsi birmənalı qarşılanır. Bu halların mövcud olması həkim komissiyasının üzərinə düşür. Araşdırma dəqiq və ədalətli aparılarsa cəza tədbirləri komissiyaya düşən həkimlərində üzərində cəmləşər.

Adı yazıda göstərilən şəhər və rayonların son iki-üç ildə hərbi xidmətə yararsız olması haqqında hərbi bilet sahibləri yenidən həkim komissiyasından keçməli, bununla da Səfərbərlik Xidməti şöbələrində xəstəliklə tərxis olunan şəxslərin yenidən müayinə olunması zərurəti yaranmalıdır.
Hurriyyet.az
Tarix: 8-07-2023, 09:07
Xəbəri paylaş





Xəbər lenti