"Sanki Ramiz Mehdiyevin qara əlləri yenə qara işlərlə məşğul olmağa məqam axtarır"


Son dövrlər cəmiyyətdə, mətbuatda az da olsa canlanma hiss olunmaqdadır. Xüsusilə ictimai-siyasi xadim, Türk dünyası birliyinin fəxri başqanı İlham İsmayılovun "Laf TV" internet kanalındakı çıxışları ölkəmizdə böyük rezanans doğurub. Dəyərli İlham İsmayılov ciddi mövzularla söhbəti genişləndirir, kəskin problemlərə diqqəti artırır və bu problemlərini aradan qaldırılmasına qismən də olsa nail olur. Belə ki, onun çıxışlarından sonra illərlə süründürməçiliyə məruz qalan, get-gələ salınan və halal müavinətini ala bilməyən şəxslər sosial təminatlarını ala bildilər. 
Şirvan şəhərinin küçələrində gərəksiz və lüzumsuz yerə qoyulmuş sakinlərin, xüsusən xəstələrin işini çətinləşdirən yol nişanları yığışdırılıb ki, bu da yerli sakinlərin razılığına səbəb olub. İctimai nəzarətin bu işinə hələlik kütləvi məlumat və təbliğat vasitələrimiz çox ehtiyyatla yanaşır, açıq söhbətlərə və mövzulara cürətlə girişmirlər. Bəlkə elə buna görədir ki, ölkədə bahalaşma gündən-günə artır, məmur özbaşınalığı geniş vüsət alır.
İnsanların azad fəaliyyət göstərməsinə əngəl törədənlərin sədlərinin nə vaxt yıxılacağın millət səbirsizliklə gözləyir. Axı cəmiyyət humanist olmasa, insanların sərbəst fəaliyyətinə, azadlığına necə təminat vermək olar? 
Belə görünür ki, ictimai nəzarətə geniş meydan verilməlidir, yoxsa hərc-mərclik, özbaşınalıq baş alıb gedəcək. Əgər ictimai nəzarətə meydan verilərsə, millət acıda olsa həqiqəti görər. Saxta sevincdən həqiqi göz yaşları qiymətlidir, uydurmadan, yalandan acı həqiqət gözəldir. 
Mənəvi aləmdə şüur və düşüncədə yeniləşmə gedərsə, antipodların, saxtakarların iç üzünü açmağa can atılmalıdır. Ünvanları doğru, dürüst deməkdən niyə çəkinməliyik? 
Hazırda cəmiyyətimizdə mənəvi yoxsulluğun, neqativ meyillərin artdığını müşahidə etməkdəyik. Sanki Ramiz Mehdiyevin qara əlləri yenə qara işlərlə məşğul olmağa məqam axtarır. O, əllərin kəsilməsi üçün ictimai nəzarətin işinin gücləndirilməsinə ciddi ehtiyac var. İctimai nəzarətin gördüyü işləri təqdir edən, onlara fikirlərini söyləmək üçün hər cür şərait yaradan "Laf TV"nin yaradıcısı Ləman xanım Ələşrəfqızına da dərin təşəkkürümüzü bildiririk.


Cəfər Cəfərli
Yazıçı-filoloq
Tarix: 10-07-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti