FHN "OBA Market" barəsində cərimə protokolu tərtib etdi


"OBA Market" MMC-nin barəsində cərimə protokolu yazılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
 
Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
 
İş hakim Mətanət Hacıyevanın icraatına verilib.
 
Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 14-07-2023, 09:37
Xəbəri paylaş





Xəbər lenti