Azərbaycan AP deputatlarına rüşvət verməkdə ittiham olunur

Azərbaycan AP deputatlarına rüşvət verməkdə ittiham olunur
Avropa Parlamenti “Avropa Parlamentinin Şəffaflıq, Dürüstlük, Hesabatlılıq və Korrupsiyaya Qarşı Mübarizə Qaydalarının İslahatına dair Tövsiyələri” adlı qətnamə dərc edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında məlumat dərc edilib.

Qətnamənin müxtəlif ölkələr tərəfindən yol verilmiş qanun pozuntularının sadalandığı hissəsində bildirilir ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının deputatlarına, o cümlədən korrupsiyada dərin şübhə doğuran deputatlara qarşı genişmiqyaslı təsir aksiyaları həyata keçirib.

Bundan başqa, parlament Azərbaycanı seçkilərlə bağlı araşdırmaya mane olmaqda və insan hüquqlarının pozulması faktlarını gizlətməkdə ittiham edir.
Tarix: 19-07-2023, 12:37
Xəbəri paylaş





Xəbər lenti