İqbal Ağazadə: “Bir ömür qorxu və təşvişlə yaşamağın özü də cəzadır”

“Meşəli kəndinin sakinlərinə qarşı törədilmiş soyqırımda təşkilatçı və iştirakçı olmuş Vaqif Xaçaturyanın Laçın keçid məntəqəsində saxlanılaraq Bakıya gətirilməsi ilahi ədalətin təntənəsidir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
 
“Xalqımıza qarşı cinayətdə iştirak etmiş hər kəs bundan ibrət götürəcək. Bəlkə də bütün cinayətkarları həbs etmək mümkün olmayacaq. Lakin bir ömür qorxu və təşvişlə yaşamağın özü də cəzadır, həm də daha ağırından... Ermənistan rəsmiləri beynəlxalq axtarışa verilmiş bir canini heç bir halda müdafiə etməməlidir. Edərlərsə, - ki, təbii, gözləniləndir - bu faktdan terroru dəstəkləyən şəxslər və dövlət kimi Ermənistan əleyhinə yaxşı təbliğat aparmaq lazımdır...İndi Laçın keçid məntəqəsini daha ciddi qorumalıyıq - həm Ermənistan və Rusiyadan, həm də ermənilərin Fransa kimi himayəçilərindən...” – İ.Ağazadə qeyd edib.
Tarix: 30-07-2023, 09:51
Xəbəri paylaş





Xəbər lenti