İndiki qiymətlərdir sərfəli olan? Deyəsən, camaatı ələ salıb bu AZAL


AZAL-dan yeni hoqqa: Sərnişinlərə qarşı düşmənçilik davam edir

"2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək".

Hamınızın tanıdığınız AZAL-ın yaydığı məlumatda belə yazılıb. O AZAL-ın ki, uçuş biletlərinin qiyməti özündən daha yuxarıda "uçur". Amma di gəl ki, hər ilin sonunda ziyanla işlədiyini deyir. Həmin bu AZAL sevincək press-reliz yayıb. Deyib ki, oktyabrda "Buta" ilə birləşəndən sonra qəşəng yemək verəcəklər. Baqajsız tarif təklif olunacaq və sair.
Açıqlamada deyildiyimə görə, "AZAL hazırda mövcud olan sərfəli qiymətlərlə" uçurdacaq sərnişinlərini.
İndiki qiymətlərdir sərfəli olan? Deyəsən, camaatı ələ salıb bu AZAL. Adının haqqını belə verir, bu şirkət? "AZ AL". Yəni çox alma! AZAL isə qiymətləri çoxaldır ki azaltmır.
Belə ehtimal var ki, oktyabrdan sonra quru sərhədlər açılacaq. Mediada belə məlumatlar dolaşır. Deyilənə görə, AZAL sərhəd açılışına hazırlaşır. Sərnişinlərə deyir ki, başqa hava şirkətlərinə qaçmasınlar, az da alsa, çox da alsa, yenə də "AZAL" alsın. Öz ölkəmizin şirkətidir axı. "Ətimizi yesə də, sümüyümüzü çölə atmaz". Yəni nə alsa da özü alacaq, kimsəni işə bulaşdırmayacaq.
Nə deyək, vallah. Bu birləşmədən gözümüz su içmir. AZAL hələ xidmətləri AZALtmayıb, qiymətləri çoxaltmasın, yetərlidir.
Tarix: 3-08-2023, 08:19
Xəbəri paylaş





Xəbər lenti