Temperatur 44 dərəcəyədək artacaq - XƏBƏRDARLIQ

Hava şəariti ilə bağlı xəbərdarlıq edilib
Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.
Tarix: 7-08-2023, 23:08
Xəbəri paylaş





Xəbər lenti