“Səlibçi”lərin hərəkəti təxribatdır, onları Rusiya yönləndirir...”-Erməni deputat...-VİDEO

“Səlibçi”lərin hərəkəti təxribatdır, onları Rusiya yönləndirir...”-Erməni deputat...-VİDEO
Xəbər verildiyi kimi, dünən – avqustun 9-da Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan və I Qarabağ savaşında Azərbaycana qarşı döyüşdükləri bildirilən təxribatçı dəstənin 150-yə yaxın üzvü 15 gündən çoxdur Həkəri çayı üzərindəki “Laçın” sərhəd-nəzarət məntəqəsinin yaxınlığında dayanan və guya Qarabağdakı hayklara “humanitar yardım” aparan yük maşınlarının yerləşdiyi Gorunzur(Kornidzor) kəndi ərazisinə çatıblar.

Moderator.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) yaydığı məlumata görə, “səlibçilər”i  sərhəddəki Ermənistan polisi qarşılayıb və onları dayanmağa məcbur edib.
 
Birinci Qarabağ müharibəsinin iştirakçısı, Ermənistan müdafiə nazirinin keçmiş müavini, hazırda hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Qaqik Melkonyan açıqlamasında “səlibçilərin” hərəkətlərini "təxribat" adlandırıb. Bundan əlavə, hökumət deputatının sözlərinə görə, “səlibçi”ləri Rusiya istiqamətləndirir.
 
“Bir ölkə sülh sazişi imzalamağa gedərkən bu, düzgün addım deyil... Bu, birbaşa onlar tərəfindən təxribatdır və başqa ölkədən, Rusiyadan yönəldilib. Çünki ruslar Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəmirlər... Mənim fikrim belədir,”, - deyə Melkonyan bildirib.
 
Qaqik Melkonyan dəstə üzvlərinin guya “artsaxın ac əhalisinə ərzaq çatdırmaq istədikləri”ni bəyan etmələri ilə bağlı suala cavab olaraq bildirib ki, onların kimliyi bilinmir, əgər həmin dəstənin üzvləri həqiqətən də dövlət üçün nəsə etmək istəyirlərsə, onda onlar ilə müqavilə bağlamalı, Müdafiə Nazirliyinin tabeliyində  və ya podratçı olaraq xidmət etməlidirlər. 
 
“Azadlıq”ın onları şəxsən tanıyıb-tanımadığı sualına erməni deputat belə cavab verib: “Yox, onlar kimdir ki, mən onları tanıyam?”
 
Qaqik Melkonyan əmindir ki, bəhs edilən heyətin üzvləri sərhədə çatdıqları kimi də geri qayıdacaqlar...
 
Xatırladaq ki,  avqustun 8-də “Səlibçilər” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Gorunzurda dayanmış yük maşınlarının Qarabağa çatdırılması üçün Nazirlər Kabinetinə 18:00-a qədər vaxt verdiklərini, əks halda güc tətbiq edəcəklərini söyləyiblər. Bundan sonra təxribatçılar İrəvanın Respublika meydanına bitişik Tiqran Mets küçəsini bağlamağa cəhd edərkən onlardan 14 nəfəri polis tərəfindən saxlanılıb. Hökumətdən heç bir cavab almayan erməni təxribatçılar gecə Gorunzur kəndi istiqamətində yola düşüblər...


Tarix: 10-08-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti