Məmur balaları pullarını Londona daşıyır... - "Baxırsan, 18-20 yaşları var..."

Məmur balaları pullarını Londona daşıyır...
"İngiltərədə bığ yeri təzəcə tərləyən azərbaycanlı "biznesmenlərin" sayı çoxalıb". DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli çıxış edib.

Jurnalist daha sonra qeyd edib: "Baxırsan, 18-20 yaşları var, bir ucdan şirkətlər açırlar.

Bunlar axı məktəb partasının arxasından yenicə durublar..."

DİA.AZ bildirir ki, hər halda bu fakt gərəkən qurumların da diqqətini cəlb etməlidir. Çünki məhz son günlər ən çox müzakirə olunan məsələlərdən biri də dövlətin xaricə çıxarılan pullara limit tətbiq etməsidir.

Pulun kimdə olduğu hər kəsə məlumdur. Odur ki, bir ünvanı biz açıqladıq. Yerdə qalanı da siz tapın...
Tarix: 13-08-2023, 09:07
Xəbəri paylaş





Xəbər lenti