Asif, Vasif, Ağasif, adları dəyişsə də, nazirlikdəki özbaşınalıqlar əvvəlki kimi qalır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərindən biri də sosial xidmətə ehtiyacı olan insanlara (ailələrə) köməklik göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görməkdən ibarətdir.
Bu məqsədlə adıçəkilən Agentlik tərəfindən hər il dövlət büdcəsi hesabına xeyli sayda əlil, şəhid ailələri və müharibə veteranları müxtəlif istirahət mərkəzlərinə və sanatoriyalara göndərilir.
Amma yuxarıda qeyd etdiyim kimi, əlillərə verilən güzəştlərdən yararlanmaq üçün müalicə mərkəzlərində müalicə olunmaq üçün bu quruma müraciət edənlər çox xoşagəlməz vəziyyətlə üzləşirlər.
Belə ki, bu xidmətin Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan rayon filialına müraciət edənlər müxtəlif bəhanələrlə yola verilir.
Necə?
Məsələn, oradan sizi qeydiyyata aldıqlarını bildirirlər və sonra müraciət edən insanı süründürməçiliyə məruz qoyurlar.Elə vəziyyət yaradırlar ki, siz onlara pul təklif edirsiniz.
Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan rayon filialına müraciət edənlər 2 aydan çoxdur ki, bu filialdan xəbər almadıqlarını, müraciət etdikdə suallarının cavabsız qaldığını bildirirlər.Şayiələrə görə, bəzi yerlərdə paket üçün nağd pul tələb olunur.
Deyilənə görə,Sosial Xidmətlər Agentliyinin Şirvan-Salyan rayon Filialının müdiri Vasif Əliyev bu filiala təyin olunandan sonra orada açıq şəkildə bazar yaradılıb.Vasif Əliyev açıq şəkildə bildirir ki, mən tək deyiləm, deyirlər, mən də belə edirəm.
Buradan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edirəm,sizin fikriniz nədir? Əmək Nazirliyini Bazar Nazirliyinə çevirmək istəyirsiniz?
Əgər belədirsə, bunu açıq şəkildə bildirin ki, insanlar baş ağrılarını bilsinlər.Onsuz da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə açıq-aşkar intihar nazirliyinə, bazar nazirliyinə çevrilib.Sizin və bəzi gözü doymaz kadrlarınızın sayənizdə ölkədə insanların sosial müdafiəsi müdafiəsiz qalıb.

Bəhruz Əliyev
Nia.az saytının baş redaktoru
Tarix: 15-08-2023, 13:40
Xəbəri paylaş





Xəbər lenti