Parlamentin `LAL DEPUTATLARI...` - SİYAHI

Parlamentin `LAL DEPUTATLARI...`
Milli Məclis artıq bir aydır ki, tətilə çıxıb. Lakin, deputatlarımızın bir çoxu ictimai fəallığını yenə də saxlayır. Bununla belə səsi-sorağı gəlməyən deputatlarımız da az deyil.

Siam.az bildirir ki, Bizim.Media 117 deputat arasında ən passiv 10 deputatı müəyyən etmək üçün araşdırma aparıb. Araşdırma zamanı deputatların həm qanunverici orqanda, həm də ictimai həyatdakı fəallığı izlənilib. Məlum olub ki, bəzi deputatlar ötən yaz sessiyasında bircə dəfə də olsun plenar iclasda çıxış etməyib. Qəribədir ki, Milli Məclisin iclaslarında passiv olan bir sıra deputatlar media ilə ünsiyyətdən hər zaman qaçıb, ictimai fəallıqları isə qətiyyən gözə dəyməyib.

Bəs, ən passiv 10 deputat kimlərdir?

Bizim.Media həmin siyahını təqdim edir:

1. Cəbi Quliyev
2. Anatoli Rafailov
3. Ülviyyə Ağayeva
4. Oqtay Əsədov
5. İmamverdi İsmayılov
6. Mixail Zabelin
7. Vasif Talıbov
8. Ziyad Səmədzadə
9. Sabir Hacıyev
10. Azər Kərimli

Bir daha qeyd edirik ki, bu deputatlar parlamentdə ən az danışan və yaxud danışmayan şəxslərdir. Eyni zamanda, onlar mətbuatdan da hər zaman uzaq qaçırlar.
Tarix: 16-08-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti