Rusiyanın 10 milyardlıq "güclü" müdafiə xətlərinin görüntüləri ortaya çıxdı...-FOTO

Rusiyanın 10 milyardlıq
Kursk vilayətinin qubernatoru Roman Starovoyt sərhəddə 10 milyard rubla saxta müdafiə qurğuları tikib. 
 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzindən məlumat çatdırılıb.

Mərkəzin əməkdaşları  imitasiya edilmiş müdafiə strukturlarının şəkillərini  gizlicə  şəkib dərc ediblər. 
 
"Biz “çox gücləndirilmiş” müdafiə xətləri ilə yanaşı,  mövqelərdə heç  bir əsgərin olmadığını da görürük. Milli Müqavimət Mərkəzinin məlumatına görə, Rusiya dövlət sərhədinin Kursk vilayətindəki bütün xətti, demək olar ki, boşdur", - məlumatda  belədeyilir.

Məlumata görə, bəzən “müdafiə” mövqelərinə Ukraynanın dinc əhalisini atəşə tutmaq üçün artilleriya, eləcə də Sumı vilayətində terror aktları həyata keçirmək üçün "QRU"-nun xüsusi təyinatlılarını və Rusiya ordusunun Xüsusi Əməliyyat Qüvvələri gəlir.
Tarix: 21-08-2023, 09:41
Xəbəri paylaş





Xəbər lenti