RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARA BÖYÜK TƏHLÜKƏ - Miqrantları müharibəyə aparmaq qərarı verilib + VİDEO

RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARA BÖYÜK TƏHLÜKƏ - Miqrantları müharibəyə aparmaq qərarı verilib + VİDEO

Rusiyada işçi miqrantlara qarşı genişmiqyaslı təqiblərə start verilib.
“AzPolitiko.info”-ya qonşu ölkədə çalışan soydaşlarımız bildiriblər ki, ötən həftdən başlayaraq polis iri şəhərlərdə reydlərə başlayıb.
“OMON bazarlara, ticarət mərkəzlərinə, habelə məhəllələrə tökülüb, qarşılarına keçənləri saxlayır, sənədləri düz oldu-olmadı insanları toplayıb polis mənətəqlərinə aparır. Orada təkrar yoxlamadan keçirirlər, Rusiya vətəndaşları olan miqrantları seçib hərbi mükəlləfiyyətləri ilə bağlı hərbi komissarlıqlara sorğular göndərirlər”,- mənbə bildirib.
Qeyd olunur ki, artıq bir çox şəhərlərdə MDB ölkələrindən gələnlər, xüsusən azərbaycanlılar Ukraynada döyüşlərdə iştirak etmək üçün göndərilir. Mənbə vurğulayıb ki, bəzən onların yaşına, sağlamlıq vəziyyətinə belə əhəmiyyət verilmir.
“Rusiya təkcə işləyib, qazanmaq üçün deyil, onun uğrunda ölmək də lazımdır”, - deyə reydlərdə iştirak edən bir zabit miqrantlara deyib.
Qeyd edək ki, Moskva bazarlarında keçirilən reydlərlə bağlı mətbuatda və sosial şəbəkələrdə videogörüntülər də yayılıb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Rusiyada qismən hərbi səfərbərlik həyata keçirilib. Müdafiə Nazirliyi Ukraynda üzləşdiyi böyük tələfatın yerini doldurmaq üçün 300 min nəfər canlı qüvvəyə ehtiyac olduğunu bəyan edib. Qısa müddətdə əsasən əyalətlərdən on minlərlə insan toplanaraq müharibəyə göndərilib.
 

 
Paralel olaraq o zaman döyüşlərdə aktiv iştirak edən “Vaqner” PMC şirkəti həbsxanalardan 50 minə qədər məhbusu müharibəyə aparıb. Onlara sağ qalarlarsa, cinayət məsuliyyətindən azad olunmaq, habelə aylıq yüksək maaş təklif olunub. PMC rəhbəri Yevgeni Priqojin etiraf edib ki, Baxmut ətrafında onun muzdlu ordusu 20 mindən çox itki verib...
Rusiya hərbi rəhbərliyinin “mobilizasiya” adlandırdığı hərbi toplanış ölkədə kəskin narazılıq doğurub. Çünki Kreml hələ də ictimaiyyətə Ukraynada müharibə apardığını elan etməyib, 2022-ci il fevralın 24-dən başlanan genişmiqyaslı hücum “xüsusi hərbi əməliyyat” adlandırılır.
 

Qısa müddətli olduğu bəyan edilən bu əməliyyatlar artıq il yarımdır davam edir, müxtəlif məlumatlara görə Rusiya ordusu 270 mindən artıq canlı qüvvə, saysız-hesabsız hərbi texnika, on milyardlarla dollar vəsait itirib.
“Mobilizasiya”ya etirazların bir səbəbi də müharibəyə səfərbər olunanların əsasən əyalətlərdə yaşayan qeyri-rusları əhatə etməsidr. Rusiya rəhbərliyi Moskva, Sankt-Peterburq şəhərlərində yaşayanların müharibəyə cəlb olunmasından ehtiyatlanır. Çünki müharibəyə qarşı ümummilli etirazların vüsət almasından qorxur.
Bununla belə Ukrayna cəbhəsində hər gün yüzlərlə hərbçi ölür və yaralanır, onların yerini doldurmaq lazımdır. Növbəti səfərbərlikdən imtina edən Rusiya hərbi-siyasi rəhbərliyi bunun yolunu ölkə boyu muzdlu döyüşçülər toplamaqda görür.
Bəllidir ki, gecə-gündüz telekanllar vasitəsi ilə aparılan təbliğat kampaniyasına rəğmən, Ukraynaya qarşı ağılsız müharibə cəmiyyətdə olduqca qeyri-populyardır. Yaşlı nəsil hərbi əməliyyatları dəstəkləsə də gənclər müharibəyə qarşıdır. Polis və xüsusi xidmət orqanlarının sərt basqısı kütləvi etirazlara imkan verməsə də əksəriyyət “vətəni Ukrayndan xilas etmək” haqqında düşünmür. Bu boşluğu işsiz-gücsüz, səfalət içində yaşayan ruslara yaxşı qazanc təklif etməklə doldurmaq mümkündür.
Belə ki, müharibədə döyüşmək istəyənlər Rusiya oliqarxlarının şirkətlərində ayda 2200-2500 dollar məvaciblə işə götürülür, daha sonra “xüsus hərbi əməliyyatda könüllü iştirak etdiklərinə görə” əmək müqaviləsi dayandırılır, amma bütün imtiyazlar qalır. Maaş onun ailəsinə ödənilir, eyni zamanda yaxınları başqa imtiyazlardan faydalanır. Şəxs öldükdə ailəsi kompensasiya alır, yaralandıqda eyni qaydada dövlət tərəfindən müavinət, protez və s. ilə təmin edilir.
Əlbəttə, burada verilən vədlər heç də saat kimi işləmir. Bir çox hallarda müharibədə ölənlərin cəsədləri yandırılır, onlar itkin, fərari kimi sənədləşdirilərək ailələrinə hər hansı kompensasiya verilmir.
Rusiya vətəndaşlığı olan miqrantların, yaxud uzun müddət bu ölkədə yaşayıb-işləyənlərin müharibəyə göndərilməsi canlı qüvvəyə yaranan ehtiyaclarla yanaşı cəmiyyətdəki tələblərlə bağlıdır. Rusiya elitasındakı radikal millətçi dairələr miqrantların “xüsusi hərbi əməliyyatdan” kənarda saxlanılmasına etiraz edirlər. Sosial şəbəkələrdə, yerli mediada bu barədə çıxışların sayı getdikcə artır. İri şəhərlərdə keçirilən reydlərin sayının artması bu tələblərin rəsmi dairələrdə nəzərə alındığını göstərir.
Qeyd edək ki, müharibədən dolayı Rusiyaya qoyulan ağır iqtisadi sanksiyalar ölkədə iqtisadi fəallığı azaldıb, rubl kəskin dəyərdən düşüb, varlı təbəqənin bir hissəsi ölkəni tərk edib. Ölkənin valyuta ehtiyatları, neft-qaz satışı ayaqda qalmağa imkan versə də vəziyyət getdikcə ağırlaşır və Rusiya iş, qazanc ölkəsi kimi cazibədarlığını itirir. Bu səbəbdən miqrantlar sürətlə Rusiyanı tərk etməyə başlayıb, son aylarda minlərlə azərbaycanlı da öz vətəninə qayıdıb.
Görünür, Rusiya rəhbərliyi prosesi özünə qarşı ciddi təhlülkə hesab etdiyindən miqrantlara qarşı genişmiqyaslı əməliyyatlara başlayıb...
 

 
Tarix: 21-08-2023, 18:12
Xəbəri paylaş





Xəbər lenti