"Neft Bakısı", "Parnik Bakısı", "Azərbaycan Bakısı"...

"Neft Bakısı", "Parnik Bakısı", "Azərbaycan Bakısı"...
Bakı parniklər şəhəri idi Sovetlər dönəmində.
Parnik nədir?
Dilimizdə "istixana"dır.
"İstixana" Bakı üçün seçilmış həyat tərzi idi.Gül yetişdirənlər, tərəvəz yetişdirənlər Yandırıcı Günəşdən,Torpağsız yerdən, ilan mələyən susuzluğdan tək çarəni "Parnikləşmə" olaraq gördülər.
Sənaye Bakısının yanında bir də "Parnik Bakı"sı qurulmağa başlandı.
Sənaye Bakısının Bakıya müdaxiləsi yox idi,
Öz dünyasını qurmuşdu.İnqılaba qədərki Bakının mənzərəsi "Neft" mərkəzli Bakı idi.
Parnik Bakısı Sovetlərin icadı oldu.Torpağa bağlı olan,mal qara saxlayanlara yeni iş təklifi gəldi.
İki Bakı ortaya çıxdı.
Müstəqillik dönəmi isə üçüncü Bakını qurdu.
"Azərbaycan Bakısını".
Bakı üç təməl üzərində qurulub,
"Neft Bakısı", "Parnik Bakısı", "Azərbaycan Bakısı".
İndi dərdim nədir,
Bu üç Bakını Bir edə bildikmi?
Məsələmiz budur.
Hər üç Bakının öz dərdi var, parçaları var, kimliyi var. Biri biri ilə bağlanan və bağlanmayan münasibətlər sistemi var,
Neft Bakısı Çaykovski dinlər, Parnik Bakısı qəzəl eşidib,meyxanə deyər, Azərbaycan Bakısı Saz çalar.
Birliyi olmayan bu "Yığma"ya Dirijor nə etsin?
Bakının yeni üzü megapolisdir.
Bu gün megapolislərdən istənilən Şüşələşmədir,incələşmədir,sınma və sındırılmaya qarşı usullar əsasdır.
Yeni Bakı Qullələşmə üzərində inşa edilir.
Qüllə nədir?
Ruslar Bakını Qala olaraq aldılar,bu Qala şəhərləşmədə hər zaman ziddiyyətlər yaşadı,
Yeni dönəmdə isə bu Qala Qüllə şəhər olmağa iddialıdır.
İndi Neft, parnik və saz ortaqlığını yaşaya bilməyən Bakıda Qüllə Bakı necə olacaq,bilmirəm.
Bu qədər.

İdris HEYDƏRLİ - DİA.AZ
Tarix: 22-08-2023, 09:49
Xəbəri paylaş





Xəbər lenti