“Bütün "JEK”lər qanunsuzdur” - Hüquqşünas

“Bütün "JEK”lər qanunsuzdur”
"Mənzil Kommunal İstismar Sahəsi qanunsuz bir qurumdur”.

Siam.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov rayonlarda "JEK" kimi tanınan Mənzil Kommunal İstismar Sahəsi (MKİS) işçilərinin vətəndaşlardan zibil pulu tələb etməsi ilə bağlı problemin qanuni tərəflərini şərh edərkən deyib.

Vəkilin sözlərinə görə, qanunvericilikdə MKİS adlanan qurum artıq yoxdur:

"Hər bir çoxmənzilli binanı sakinləri idarə etməlidir. Sakinlərin ümumi yığıncağı yaşadıqları binanın bütün xərclərini necə ödənilməsini müəyyən etməlidir”.

Əkrəm Həsənov zibil pullarının da sakinlərə aid məsələ olduğunu vurğulayıb.
Tarix: 22-08-2023, 16:05
Xəbəri paylaş





Xəbər lenti