"Azərbaycanlılar zəlzələ bölgəsində 100 yaşayış evi tikir" - Türkiyəli nazir


Türkiyədə azərbaycanılar onlarla yaşayış evi tikir.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.
O, qeyd edib ki, Kahramanmaraşda azərbaycanlılar 100 yaşayış evi inşa edir.
Nazirin sözlərinə görə, xeyriyyəçilər zəlzələ bölgəsində daimi yaşayış yerləri tikmək istəyirlər. “Adıyamanın mərkəzində məşhur Mağara Musalla Məhəlləsi ətrafında tikiləcək bütün binalar Kayseridən gələn xeyriyyəçilər tərəfindən inşa olunacaq. “Türk Hava Yolları” yenə Adıyamanda 1 000 ev tikəcək. “Erdemoğlu Holdinq” 1 000 ev inşa edəcək. Kahramanmaraşda “Qalatasaray” 250 evin inşasına başlayıb".
Tarix: 23-08-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti