Banka girov düşənlər - Milyonlarla ömür ağır faizlərin altında qalıb qırılır, əzilir, çürüyür...

Banka girov düşənlər - Milyonlarla ömür ağır faizlərin altında qalıb qırılır, əzilir, çürüyür...

Banklar təkcə iyul ayında təkcə faizlərdən 307,5 milyon manat qazanc götürüb. Elə təkcə bu rəqəm də sübut edir ki, bank-müştəri "toqquşmasından" ən çox "əzilən" kim olub.

Hələ onu demirəm ki, müştərilərin götürdükləri daha çox istehlak kreditləridir. Ya da istehlak məqsədilə götürülmüş sözdə biznes kreditləridir.
Pul fırlanır, bank qazanır. Əslində normal halda bank müştərinin qazancından qazanmalıdır. Yəni müştəri aldığı biznes krediti ilə uğurlu iş qursa, uğurlu sərmayə qoyub çox qazansa, bank da ordan öz nəsibini alar. Həm vətəndaş varlanar, həm bank. Amma əksinə olur; bank müştərinin itkisindən bəslənir. Bir sözlə, vətəndaşın dərisini soyur.
Reklamlarda 10-11 faizdən danışan banka inanırsan, gedirsən, görürsən ki, "kabab iyi"nə aldanmısan... Nə 10-11?! Faizlər 20-nin çox üstündədir. Milyonlarla ömür bu ağır faizlərin altında qalıb qırılır, əzilir, çürüyür. Hələ tələb olunan girovları demirəm. Alınan "şapka"ları demirəm. Təxminən 32 ildir ki, müstəqilik, amma banklarımız az qala 32 faizlə kredit verir. Əslində "az qala" yox, elə 32 faizlə kredit verənlər də var. Bu problem, deyəsən, düzələnə oxşamır. Ümumiyyətlə, bizim ölkədə hansı banka: "Faizi aşağı sal" desən, özünə təhqir olunmuş bilər.
Kredit verəndə banklar vətəndaşdan əmlakını girov istəyir, əslində isə girov olan elə vətəndaşın özü olur. Bir növ, banklara əsir düşür. Beləliklə də bütün ömrünü banka həsr edir...
Bizimyol.info
Tarix: 29-08-2023, 09:22
Xəbəri paylaş





Xəbər lenti